Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “ETA” terror təşkilatından açıqlama — Silahı yerə qoyuruq

“ETA” terror təşkilatından açıqlama — Silahı yerə qoyuruq

Fransa və İspaniyadakı Bask ölkəsinin müstəqilliyi üçün mübarizə aparan “ETA” terror qruplaşması açıqlama verib.

Qruplaşma 8 aprel tarixindən etibarən təktərəfli və şərtsiz şəkildə silahı yerə qoyacağını bəyan edib.

İspaniya hökuməti bu iddiaya “ETA iki iş görməlidir: silahı yerə qoymaq və özünü ləğv etmək” – açıqlamasını verib.

İspaniya hökumətinin mətbuat katibi İniqo de Mendez de Viqo deyib: “Hökumət bu xəbərə ehtiyat və təmkinlə yanaşır. 2011-ci ilin dekabr ayından bu yana hökumətin “ETA” ilə bağlı mövqeyində dəyişiklik yoxdur. Təşkilat silahı buraxmalı və özünü ləğv etməlidir. Bu ispanların əksəriyyətinin arzusudur.” (Ölkə.Az)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın