Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistanda üsyan: “Rəngli inqilab üçün çox adam lazım deyil”

Ermənistanda üsyan: “Rəngli inqilab üçün çox adam lazım deyil”

“Ermənistan müxalifəti Yerevanda “maydan” təşkil etməyə çalışacaq. Hər şey ondan asılıdır ki, meydana nə qədər adam toplaya biləcəklər”, – bunu virtualaz.org-a gürcüstanlı politoloq Mamuka Areşidze dünən Ermənistan paytaxtında başlamış hadisələri şərh edərkən deyib.

Xatırladaq ki, Yerevanda “çörək verən” Artur Sarkisyanın ölümü xəbəri kütləvi nümayişlərə səbəb olub. Mərhum A.Sarkisyan ötən ilin yayında Yerevanda polis bölməsini ələ keçirən dəstənin üzvlərinə yemək çatdırdıqdan sonra məşhurlaşmışdı.

Areşidzenin sözlərinə görə, Ermənistan müxalifəti üçün fəallardan birinin ölümü etiraz dalğasını qaldırmağa şərait yaradır. Hansı taktika seçiləcək? Bunu müxalifət aksiyaların kütləviliyini ölçüb-biçdikdən sonra müəyyənləşdirəcək. Və iş “maydan” ssenarisinə qədər gəlib çıxa bilər.

“Rəngli inqilab üçün bütün əhalini küçələrə çıxarmağa ehtiyac yoxdur. Az sayda fəalın olması kifayət edir. Bu yaxınlarda 150-200 nəfərin Batumini darmadağın etməsini xatırlamaq olar”, – Areşidze deyib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın