Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistanda polis ölən əsgərin anasını döydü

Ermənistanda polis ölən əsgərin anasını döydü

Ermənistan polisi növbəti dəfə prezident Serj Sərkisyanın iqamətgahı qarşısında piket keçirən əsgər analarına qarşı güc tətbiq edib.

Azvision.az , bu barədə erməni mətbuatına istinadən xəbər verir.

Asayiş keşikçiləri həmişə olduğu kimi prezidentin iqamətgahının yolunu bağlayaraq, hərbi qulluq zamanı öz komandirləri və ya əsgər yoldaşları tərəfindən öldürülən əsgərlərin valideynlərini və onları dəstəkləyənləri içəri buraxmayıblar. Bu cür vəziyyət bir saat davam edib.

Qarışıqlıq zamanı polislər İrina Qazaryan adlı əsgər anasını döyüblər. Erməni analarını dəstəkləmək üçün gələn keçmiş siyasi məhbus Vardes Qaspari polisdən Qazaryana toxunmamağı tələb edib. Lakin polis ona məhəl qoymayıb. Sonra altı polis yerə uzanan Qasparinin əl-ayağından tutub küçənin ortasına atıblar. Onunla birlikdə rəssam olduğu bildirilən Ara Petrosyanı da vuraraq yerə yıxıblar.

Daha sonra zərərçəkmişləri xəstəxanaya aparmaq üçün gələn həkimlə də etirazçıların arasında mübahisə yaranıb. Həkim əsgər anasına “Məni hirsləndirmə, indi sənə gücümü göstərərəm… Serjlə bacara bilmirsən, əvəzini məndən çıxmaq istəyirsən” – deyib. Etirazlar zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, hərbi xidmətdə ölən əsgər anaları,Serj Sərkisyan onları qəbul etməzsə, etirazlara davam edəcəklərini bildiriblər.

Piketdən görüntülərin əldə edildiyi saytın məlumatına görə, montaj zamanı polisin qadını döydüyü hissə çıxarılıb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın