Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı – YENİLƏNİB

Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı – YENİLƏNİB

Beş ay ərzində Ermənistanda həbsdə olan və bu gün məhkəmə zalından sərbəst buraxılan Faxralı kənd sakini Turqay Mikayılov artıq Gürcüstan səfirliyinin maşını ilə İrəvandan çıxıb.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün saat 15.00-da Turqay Mikayılov birbaşa məhkəmə zalından azad edilib. “T. Mikayılov azad edildikdən sonra Gürcüstanın Ermənistandakı səfirliyində onun sənədləri qaydaya salınıb və o, gecə saatlarında Sadaxlı gömrük məntəqəsində olacaq. Turqay Mikayılov təxminən 4 saatdan sonra ailəsinə qovuşacaq” P. Xizanişvili vurğulayıb.

Xatırladaq ki, 5 ay bundan əvvəl, dekabrın 23-də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib. Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər. Onlar isə Turqayı Yerevana aparıblar və o, Yerevanda 5 ay həbsdə olub.

———

19:02

Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.

APA-nın “news-am”a istinadən verdiyi məlumata görə, dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrumetmə hökmü çıxarıb. T.Mikayılov iyulun 23-dən həbs olunduğu və 5 ay həbsdə qaldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə piyada keçib. O, həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib. 34 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin sərhədləri qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb.

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …

Bir cavab yazın