Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistan Rusiyadan silah istədi

Ermənistan Rusiyadan silah istədi

Ermənistanın baş naziri Ovik Abraamyan rusiyalı həmkarı Dmitri Medvedevə müraciət edərək, silah təchizatı üçün müqavilənin imzalanmasının sürətləndirilməsini xahiş edib. Musavat.com xəbər verir ki, məlumatı TASS yayıb. 
“Rusiya tərəfinə Ermənistanın ehtiyacları üçün hərbi təyinatlı malların alınması üçün dövlət ixrac kreditinin verilməsinə görə minnətdarıq. Lakin sazişin müddəalarının yerinə yetirilməsində müəyyən ləngimələr var. Ona görə fə sizdən “Rosoboroneksport”a müqavilənin imzalanması barədə göstəriş verməyinizi xahiş edirəm”, – Ermənistanın baş naziri deyib.
Ovik Abraamyan bu bəyanatla Rusiyanın baş naziri Dmitri Medvedevlə İrəvanda geniş tərkibli danışıqlar zamanı çıxış edib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın