Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Ermənistan bütün layihələrdən kənarda qalır”

“Ermənistan bütün layihələrdən kənarda qalır”

“Azərbaycanın İranla Anlaşma Memorandumunu imzalaması Ermənistana təzyiq formasıdır. Nəzərə almaq lazımdır ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı dəqiq heç nə demir: gah razılıq verir, gah da vermir. Ola bilər ki, Ermənistan İranla Azərbaycanın yeni razılaşmasından sonra əl ayağa düşüb Zəngəzur dəhlizinin açılmasına razılıq verər. Yəni, istənilən halda, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı qüvvədədir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat bildirib ki, yeni logistik layihə Ermənistanı hərəkətə gətirəcək: “Azərbaycanın İranla yeni razılaşması əsasında nəqliyyat xəttinin açılması Zəngəzur dəhlizi məsələsini arxa plana atmır. Əksinə, yeni layihə Ermənistanı pis vəziyyətdə qoyur. Ermənistan başa düşməlidir ki, tutduğu mövqe doğru deyil, çünki bütün layihələrdən kənarda qalır”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …