Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filarov “Qazeta.ru”ya müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, növbəti il Azərbaycanda keçiriləcək Şahmat Olimpiadasından danışıb.
Filatov Ermənistan yığmasının bu olimpiadada çıxışında heç bir problem olmayacağını bildirib: “Bizim bir devizimiz var: şahmat siyasətdən kənardır. Bakı çox qonaqpərvər şəhərdir. Orada hər zaman hər şey yüksək səviyyədə təşkil olunur. Hesab edirəm ki, Ermənistan yığması da bu qonaqpərvərliyi hiss edəcək. Hər şey əla olacaq”.