Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ermənilər vəkil Ramiz Zeynalovun müdafiəsinə qalxdı – “Bizim Roma” (Fotofakt)

Ermənilər vəkil Ramiz Zeynalovun müdafiəsinə qalxdı – “Bizim Roma” (Fotofakt)

Azərbaycanın hüquq sistemində nüfuzdan düşmüş və hazırda əlindən çıxmış restoran uğrunda mübarizə aparan vəkil Ramiz Zeynalova gözlənilməz “yardım” gəlib.

Avropa.info xəbər verir ki, Ermənistan saytlarından birində müəllif – keçmiş Bakı ermənisi Ramiz Zeynalovun müdafiəsinə qalxıb. Arkadi Barxudaryan yazır:

“İcra strukturları bizim mehriban uşaqlıq dostumuz – vəkil Ramiz Zeynalovu incitməyə başlayıb. Bizim Romanı. Qeyd etmək lazımdır ki, Sumqayıtda bir çox erməni ailəsinin həyatını xilas etmiş bu insanı unutmaq olmaz. Həyatını təhlükəyə ataraq, o, xeyli erməniyə Azərbaycanı sağ-salamat tərk etməyə yardımçı olub. Sən demə, onun hakimiyyətlə daim problemləri olur, ermənilərlə yaxınlığını ona bağışlaya bilmirlər. İndi bizim Roma mülkiyyəti uğrunda mübarizə aparır. Ölkənin bir çox KİV-i ona qarşı çıxır. İnsanınsa günahı odur ki, ona insaniyyət yad deyil və hakimiyyətin dediyi ilə oturub durmur. Əgər dostumuz Rusiyaya gəlsə, ona kömək edərik, amma indi o, öz vətənindədir və biz gücsüzük”.

Bizcə, əlavə şərhə ehtiyac yoxdur.

 

Yazını bu linkdən oxuya bilərsiniz.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın