Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Erməni müxalifəti ölkə ictimaiyyətini və Qarabağ ermənilərini “aprel müharibəsi”nə çağırdı

Erməni müxalifəti ölkə ictimaiyyətini və Qarabağ ermənilərini “aprel müharibəsi”nə çağırdı

“Dağlıq Qarabağdakı “ordu”nun keçmiş komandanı, qondarma “DQR”-in sabiq “müdafiə naziri”, general-leytenant Samvel Babayanın həbsi Ermənistandakı seçki bloklarını da hərəkətə gətirib. Martın 22-də “Oskanyan-Raffi-Ohanyan” bloku həbs edilən generalın müdafiəsinə qalxıb və bununla bağlı bəyanat yayıb.

Bəyanatda ölkənin təhlükəsizlik xidmətinin S.Babayanı “İqla” zenit-raket kompleksinin qaçaqmalçısı kimi günahlandırmasına etiraz ifadə olunur.

Müsavat.com erməni mediasına istinadən xəbər verir ki, blok həbs qərarını siyasi sifaraiş hesab edir. “Növbəti addım gözlənilirdi. “Oskanyan-Raffi-Ohanyan” blokuna qarşı Armavir vilayətinin Djrarat kəndində törədilən təxribat qorxu atmosferinin yaradılmasına və bizim fəaliyyətimizin məhdudlaşdırılmasına yönəlmişdi. Bu gün artıq yeni metoda əl atdılar”-bəyanatda deyilir. Qeyd olunur ki, son zamanlar hakimiyyətə yaxın mətuatda S.Babayana qarşı təbliğat aparılıb.

Blok bəyan edir ki, həbslə bağlı atılan addım ölkədə qorxu mühitinin yaradılmasına və seçkilərin nəticələrinə qeyri-qanuni yollarla təsir göstərilməsinə hesablanıb. “Ohanyan-Raffi-Oskanyan” alyansı bildirib ki, bütün bunlara baxmayaraq, onlar təxribatlara yol vermək niyyətində deyil. “Bizim strukturlar, deputatlığa namizədlər və tərəfdarlarımız coşqu ilə işlərinə davam edirlər”-deyə, bəyan edən alyans beynəlxalq birliyə xitabən seçkiləri müşahidə üçün missiyalar göndərməyi, həmçinin diplomatik nümayəndəliklərin S.Babayanın həbsi ilə bağlı məsələyə diqqət ayırmağı xahiş edib. Eyni zamanda blok siyasi qüvvələri, hüquq müdafiəçilərini, vətəndaş cəmiyyəti təmsilçilərini, Dağlıq Qarabağdakı erməniləri və erməni diasporunu son hadisəyə adekvat qiymət verməyə çağırıb.

Yekunda seçki bloku ölkə ictimaiyyətini və hər bir vətəndaşı son hadisədən nəticə çıxarmağa, seçki prosesində fəal iştirak etməyə, 2 apreldə yeni hökumət formalaşdırmaq üçün dəyişikliklər uğrunda mübarizə aparmağa çağırıb.

Qeyd edək ki, S.Babayanın həbsi dolayısı ilə onun təmsil olunduğu “Oskanyan-Raffi-Ohanyan” blokunun da taleyini sual altında qoyur. Bu mənada seçki blokunun generalın həbsinə operativ və kəskin reaksiyası anlaşılandır. Ermənistanın əsas müxalif blokunun ölkə ictimaiyyətinə və Qarabağ ermənilərinə “aprel müharibəsi” ilə bağlı müraciəti “son döyüş” hazırlığı təsəvvürü də yaradır.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın