Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Erməni kikboksçunun azarkeşləri rəqib idmançını döydü – VİDEO

Erməni kikboksçunun azarkeşləri rəqib idmançını döydü – VİDEO

Ermənistan və Belçika vətəndaşlığı olan kikboksçu Arut Qriqoryanın iki azarkeşi rinqə çıxaraq, ona qalib gəlmiş rəqibi – hollandiyalı Mertel Qronhartı döyüblər. Hadisə Parisdə keçirilən kikboksinq turnirində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, döyüşün ikinci raundunda Qronhart erməni idmançını nokaut vəziyyətinə salıb. Daha sonra qələbə sevinci yaşayan hollandiyalı rinqə çıxmış erməni azarkeşlər tərəfindən vəhşicəsinə döyülüb.

İdmançının adi azarkeşlər tərəfindən döyülməsinə səbəb kimi gözlənilməzlik amili göstərilir – hollandiyalı kikboksçu üçün ona endirilən zərbələr elə qəfləti baş verib ki, özünə gələndə artıq gec idi. Təşkilatçıların nümayənqədələrinin müdaxiləsi idmançının linç edilməsinin qarşısını alıb.

Erməni azarkeşlər hərəkətlərini onunla izah ediblər ki, hollandiyalı Arun Qriqoyrana arxadan hücum edərək çənəsinə çox güclü zərbə endirib. Hakimlərin rəyinə görə, qalib gəlmiş idmançının hərəkətləri qaydalara zidd olmayıb.(Virtualaz.org)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın