Şənbə , Sentyabr 21 2019
Ana səhifə / İqtisadiyyat / Ermənistanın Rusiyadakı səfiri milyonçu imiş

Ermənistanın Rusiyadakı səfiri milyonçu imiş

Ermənistanın Rusiyaya yeni təyin edilmiş səfiri Vardan Toğanyanın kifayət qədər böyük mülkiyyəti var. Rəsmi açıqlamasında üç mənzilinin, bir torpaq sahəsinin, bir BMW 730 markalı avtomobilinin və bir qarajının olduğu bildirən səfir, həmçinin, 21 milyon 250 min dram, 80 min avro, 1000 dram və 256 min 325 dram səhmlərinin də olduğunu deyib.

Məlumata görə, vəzifəyə təyin edilən zaman səfirin istiqrazı 1 milyon 200 min dollar təşkil edib. O, mülkiyyətini 8 milyon dram artırmaqla buna saatlar, rəsm əsərləri və qiymətli daşlar kolleksiyasını da əlavə edib.

Araşdırmalara görə, Toğanyanın vəsaiti 5 milyon dram, 48 milyon rubl, 4.9 milyon dollar və 1500 funt sterlinq təşkil edir.

Xartırladaq ki, Toğanyanın adı Panama offşor qalmaqalında ortaya çıxmışdı. Ermənistan Məhkəmə Aktları İcbari İcrası Xidmətinin keçmiş rəisi Mihran Poğosyanın da onun adı ilə offşor zonasında şirkətlərə sahib olduğu haqqında məlumatlar var. (AzVision.az)

Həmçinin oxuyun

İlham Şaban: Neft infrastrukturu stabillik tələb edir

Səudiyyə Ərəbistanının neft obyektlərinin keçən həftə hücuma məruz qalmasından sonra dünya üzrə neft qiymətləri qalxsa …

Bir cavab yazın