Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistanın baş naziri: “Mən Azərbaycan almaları ilə məşğul olmalı deyiləm”

Ermənistanın baş naziri: “Mən Azərbaycan almaları ilə məşğul olmalı deyiləm”

Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycan almaları ilə məşğul olmaq niyyətində deyil.

Virtualaz.org xəbər verir ki, bu məlumatı “Ermənistan xəbərləri” portalı yayıb.

9 May qələbəsi parkında jurnalistlərlə söhbət edən baş nazir bu problemlə bağlı sualı belə cavablandırıb: “Məsələdən xəbərim var, cinayət işi açılılb”. Məsələnin onun diqqət mərkəzində olub-olmamasını dəqiqləşdirmək istəyən jurnalistlərə o deyib: “Cinayət işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Təsəvvür edirsiniz ki, mən 300 kq alma ilə məşğul olacağam?”

Xatırladaq ki, Ermənistanda qeyri-qanuni olaraq Azərbaycan almalarının idxalı və satışı müəyyən edilib. Hüquq-mühafizə orqanları malın gətirilməsi yollarını araşdırırlar.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın