Bazar , Yanvar 17 2021
Ana səhifə / İqtisadiyyat / Ermənistanda Sibir xorası tapıldı

Ermənistanda Sibir xorası tapıldı

Laboratoriya analizləri Ermənistanın Armavir vilayətində iki sakində Sibir xorası xəstəliyinin olduğunu təsdiqləyib.

Oxu.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Səhiyyə Nazirliyinin rəsmisi Anait Aytayan bildirib.

“Laboratoriya araşdırmaları nəticəsində “Sibir xorası” diaqnozu təsdiqləndi”, – deyə Aytayan bildirib.

Onun sözlərinə görə, “hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir, sağalma tendensiyası nəzərə çarpır”.

“Profilaktik və epidemiya əleyhinə tədbirlər davam etdirilir”, – deyə, nazirlik rəsmisi vurğulayıb.

Çərşənbə günü axşam Ermənistanın Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi Dövlət Qida Məhsulları Təhlükəsizliyi Xidməti xəbər yayıblar ki, respublikanın Armavir vilayətinin Artamet kəndinin iki sakinində Sibir xorası tapılıb.

İdarələrin məlumatına görə, xəstələnənlərdən biri iyulun 27-də Gürcüstanın Ninotsmindsk rayonundan ət alıb.

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …

Bir cavab yazın