Ana səhifə / İqtisadiyyat / Ermənistanda daha bir hay-küylü qətl: Məmur oğlu güllələndi

Ermənistanda daha bir hay-küylü qətl: Məmur oğlu güllələndi

Yanvarın 7-də Ermənistanın Qeqarkunik vilayətində güllələnmə faktı qeydə alınıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş verən hadisə nəticəsində vilayətin vitse-qubernatoru Andranik Akopyanın oğlu Ayk Akopyan öldürülüb.

İlkin araşdırmalara görə, məmur oğlu insident nəticəsində naməlum şəxs tərəfindən güllələnib.

Ermənistanın hüquq mühafizə orqanlarının ilkin məlumatında deyilir ki, 28 yaşlı A.Akopyan gündüz saat 12 radələrində qətlə yetirilib. Cinayətkar ona AudiQ7 avtomobilinin sükanı arxasında olarkən atəş açıb. Nəticədə Akopyan yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, hələllik qatilin şəxsiyyətini və hadisənin başvermə səbəblərini müəyyənləşdirmək mümkün olmayıb.

Musavat.com erməni mediasının yaydığı son məlumata istinadən xəbər verir ki, artıq hüquq mühafizə orqanları qətli törədənin şəxsiyyətini müəyyənləşdirib.

Vitse-qubernatorun oğlunu öldürən şəxsin Horatus kənd sakini olduğu bildirilsə də, adı açıqlanmayıb. Qətlin motivinə gəldikdə, versiyalarda biri budur ki, avtomobilə yol vermək üstündə mübahisə yaranıb və tərəflərdən biri silaha əl atıb. Araşdırmalar davam edir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın