Şənbə , Fevral 4 2023
Ana səhifə / İqtisadiyyat / Ermənistanda benzin Azərbaycandan 30% ucuz satılır

Ermənistanda benzin Azərbaycandan 30% ucuz satılır

Ermənistanda benzinin qiyməti kəskin şəkildə ucuzlaşıb.
Hazırda Ermənistanın aparıcı yanacaqdoldurma məntəqlərindən (YDM) olan “Flash Petrol”da Aİ-92 (“Regular”) markalı benzin 340 drama (86 sent), Aİ-95 (“Premium”) markalı benzin isə 360 drama (91 sent) satılır.
Müqayisə üçün bildirək ki, son bir ayda Ermənistanda Aİ-92 markalı benzin 15%, Aİ-95 markalı benzin isə 14,3% ucuzlaşıb.
Məlumat üçün onu da bildirək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzin 1 manata (59 sent), Aİ-95 markalı benzin isə 2 manata (118 sent) satılır.
Qeyd edək ki, Azərbaycan Aİ-92 markalı benzini ölkə daxilində istehsal edir. Aİ-95 markalı benzin isə Ermənistanda olduğu kimi Azərbaycanda da xaricdən idxal olunur. Lakin, rəqəmlərdən də göründüyü kimi, Aİ-95 markalı benzin Ermənistanda Azərbaycandan 30% ucuz satılır. Yeniavaz.com

Həmçinin oxuyun

Soğan müvəqqəti olaraq gömrük rüsumundan azad edildi

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) …