Şənbə , Yanvar 29 2022
Ana səhifə / İqtisadiyyat / Ermənistan Zəngəzur koridoru ilə gedən Azərbaycan yüklərini yoxlamayacaq

Ermənistan Zəngəzur koridoru ilə gedən Azərbaycan yüklərini yoxlamayacaq

“Zəngəzur koridorunun açılması regionda yerləşən bütün ölkələrə, onların nəqliyyat siyasətinə və ümumilikdə regionun nəqliyyat arxitekturasına əsaslı şəkildə təsir edəcək. Bu koridorun açılması ilə Ermənistan tərəfi yüklərimizi yoxlamayacaq və rüsumlardan azad olacağıq. Koridorun açılması vaxta qənaətə və yüklərin daha sürətli daşınmasına səbəb olacaq. Məsafə qısaldıqca, paralel olaraq yanacaq sərfiyyatı da azalır”.

Bunu AzVision.az -a açıqlamasında Bakı Limanının Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli deyib. Xudayar Həsənli qeyd edib ki, Zəngəzur koridorunun açılması Azərbaycan tırlarının Türkiyə ilə dövriyyəsinə böyük təkan verəcək:

“Türkiyənin Orta Asiya ilə 120 minlik tır dövriyyəsini 40 və ya 50 faizə çatdırmaq əsas hədəf olmalıdır. Yəni həmin dəhlizləri biz sıfırlaya bilmərik. Amma ölkəmizə cəlb etməklə tır dövrüyyəsinin sayını artıra bilərik. Belə olan halda digər ölkələr də rəqabət aparacaq”.

Həmçinin oxuyun

“Ərzaq məhsullarının qiymətinin artımı davam edəcək”

“Neftin qiymətinin bahalaşması Azərbaycana, əlbəttə ki, sərf edir, çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. …