Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistan məmurları ABŞ-ın “qara siyahı”sına düşüblər

Ermənistan məmurları ABŞ-ın “qara siyahı”sına düşüblər

Ermənistan polisləri ABŞ-ın Yerevandakı səfirliyinin qara siyahısına düşüblər.

“Qraparak” qəzeti yazır ki, onlar iyulun 17-də Yerevanda keçirilən etiraz aksiyasını güc tətbiq etməklə dağıtmaqda günahlandırılırlar.

Məlumata əsasən, həmin gün polis etiraz aksiyasının 165 iştirakçısını saxlayıb, mitinqə qatılan 73 nəfər isə polisin güc tətbiqi nəticəsində aldıqları müxtəlif xəsarətlərlə bağlı tibb müəssisələrinə müraciət ediblər.

Xəbərdə bildirilib ki, mitinq dağıdılan zaman jurnalistlər də xəsarət alıblar.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs Yerevanda polis alayının binasını ələ keçirmişdi. Bundan sonra binanı ələ keçirmiş silahlı şəxslərə dəstək aksiyası bir neçə gün davam edib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın