Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistan çökür: ölkə müflis elan oluna bilər

Ermənistan çökür: ölkə müflis elan oluna bilər

Son illər Ermənistan hökuməti böyük həcmdə daxili və xarici borc yığır ki, bu da defolta səbəb ola bilər.

 

Bu barədə Trend məlumat verir ki, Ermənistanın “Aykakan jamanak” qəzeti yazıb.

 

Qəzet yazır ki, rəsmi proqnozlara əsasən, 2015-ci ildə Ermənistanın dövlət borcu 4,9 milyard dollar təşkil edəcək, bu göstərici 2008-ci ildə 2,13 milyard dollar olub və bunun 1,82 milyard dolları xarici borcun payına düşüb: “Əgər 2008-ci ildə dövlət borcu ÜDM-in 18 faizini təşkil edirdisə, o, 7 ildə cəmi 2,5 dəfə artaraq 2015-ci ildə təqribən 44,5 faizə çatacaq”.

 

Məlumatda qeyd olunur ki, hər şey reallıqda daha pis olacaq: “Belə ki, cari ilin I rübünün yekunlarına görə, dövlət borcu ÜDM-in 52 faizini üstələyir. Bu göstəricinin cari ilin sonuna ÜDM-in 55-57 faizinə çatacağı gözlənilir”.

 

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın