Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ermənilərin Rusiyaya qarşı kini bitib tükənmir – daha bir isterik təhlil

Ermənilərin Rusiyaya qarşı kini bitib tükənmir – daha bir isterik təhlil

Rusiya şüurlu surətdə Ermənistanı düşmənə çevirir. Bu barədə erməni analitik Naira Ayrumyan lragir.am saytında yazıb.
Erməni yazarın fikrincə, Yerevanda Qaregin Njdeyə heykəl qoyulmasına Moskvadan gələn sərt reaksiya İrəvana Qarabağ məsələsində siqnal olaraq qiymətləndirilməlidir.
“Rusiyanın Qarabağ məsələsini öz xeyrinə, daha doğrusu, Azərbaycanın xeyrinə həll etmək üçün Ermənistanla münasibətləri korlamaq lazımdır. Rusiya bunu bütün mümkün üsullarla edir, Emərnistan isə inadkarlıqla Rusiyanın ətəyindən yapışıb”, – deyə erməni təhlilçi yazır.
Erməni analitikin fikrincə, Rusiya Ermənistanla Qarabağ məsələsində güzəştə getməyə məcbur etməklə onu düşmənə çevirməyə cəhd edir.
“Rusiya Ermənistanı onun üçün ölümcül ərazi güzəştlərinə məcbur edir. Yalnız düşmənin ölümünü arzulamaq olar. Belə çıxır ki, Rusiya Ermənistanı düşmən olaraq görür”, – deyə Naira Ayrumyan davam edir.
90-cı illərdə Qarabağ məsələsi ilə bağlı paket və mərhələli həllinin Ermənistan tərəfindən rədd edildiyini bildirən erməni analitiklər məhz həmin vaxt  Ermənistanda Rusiya hərbi bazasının peyda olduğunu, Rusiyanın Ermənistanı bütün enerji, kommunikasiya sahəsini Moskvaya güzəştə getməyə məcbur etdiyini yazırlar.
Erməni təhlilçi yazır ki, “1998-ci ildə Qarabağ münaqişəsinin nizamlanması üçün təklif edilən “ümumi dövlət” ideyası Azərbaycan tərəfindən rədd edildikdən sonra Azərbaycan özünə sərf etdiyi üçün Qarabağ məsələsini Rusiyaya həvalə etdi”.(?)
“Bu Rusiyaya Ermənsitana daha çox təsir etmək imkanı yaratdı. Nəticədə 2008 və 2010-cu illərdə Rusiyanı Emrənistanın təhlükəsizliyinin təminatçısına çevirən müqavilələr imzalandı. Bunun sayəsində Ermənistan ölkədə üçüncü ölkələrin infrastrukturunu yerləşdirmək hüququndan mərhum edildi. Hələ o zaman da Rusiya Ermənistanda işğalçı, müstəmləkəçi olaraq adlandırılmadı”, – deyə erməni analitik yazıb.
Emrənistan təhlilçisi Rusiyanın Ermənistanı Avropa Birliyi ilə əməkdaşlıqdan məhrum etdiyini, onu türk-slavyan Avrasiya ittifaqına qoşulmağa məcbur etdiyini, İranla neft-qaz əməkdaşlığına getməyə imzalamağa qoymadığını, Qərbin Ermənistana yatıracağı investisiyaların qarşısını aldığnı da yazıb. Ermənilərin fikrincə, başqa bir ölkədə buna qəti müqavimət götərilərdi və Rusiya işğalçı duruma düşərdi.
Ermənistanda Rusiyanın Azərbaycana silah satmasını da düşmənçilik kimi qiymətləndirirlər.
Naira Ayrumyan yazısının nəticə hissəsində yazıb ki, “Vəziyyət elə bir həddə gəlib çatıb ki, Ermənistan Rusiya ilə münasibətlərini ya Türkiyə və Azərbaycanın müttəfiqi kimi qurmalıdır, ya da Rusiya Ermənistanı nəhayət düşmən elan edib Türkiyə və Azərbaycan qarşısında öhdəliklərini icra etməlidir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın