Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Ermənilər Trampla bağlı təşvişdə: “Bir dəfə də olsun erməni sözünü dilə gətirməyib…”

Ermənilər Trampla bağlı təşvişdə: “Bir dəfə də olsun erməni sözünü dilə gətirməyib…”

ABŞ-da Donald Trampın prezident seçilməsi ermənilər üçün çağırışdır. Çünki son onilliklər ərzində ilk dəfədir ki, ABŞ-da erməni məsələsi barədə anlayışı olmayan, bir dəfə də olsun Ermənistan barədə danışmayan və erməni sözünü dilə gətirməyən, nə Qarabağ münaqişəsi, nə “soyqırım” barədə heç vaxt bəhs etməyən biri prezident olacaq.

Virtualaz.org xəbər verir ki, bu sözləri erməni politoloq Ruben Sfrastyan deyib.

Erməni politoloqun fikrincə ABŞ-ın əvvəlki prezidentlərinin erməni məsələsi haqda anlayışı, öz mövqeləri var idi.  Çünki onlar siyasi istebleşmentə məxsus idilər. Tramp isə biznesdən gəlib. “Onun erməni məsələsi barədə anlayışı  belə yoxdur”-Safrastyan bildirib. Onun fikrincə Ermənistan və erməni diasporu Trampın inaqurasiyasına qədər əlindən gələni etməlidir ki, onunla təmas qursun.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın