Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Erməni nazir ordunun pulu ilə xaricdə kazino açır

Erməni nazir ordunun pulu ilə xaricdə kazino açır

Ermənistan hakimiyyətinin Çexiya biznesini səfir Tiqran Seyranyan idarə edir.   Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, Ermənistanın Yeni Siyasi Mədəniyyət Partiyasının sədri Ani Zaxaryanın sosial şəbəkələrdə paylaşdığı xəbərdə Müdafiə naziri Seyran Ohanyanın Praqa şəhərində kazino açmağa hazırlaşdığını bildirib.

“Bu gün bildim ki, Seyran Ohanyan Praqada kazino açmağa hazırlaşır. Maraqlıdır, ordunun pulları ilə, yoxsa öz “siyasi atasının” (Serj Sərkisyan) izləri ilə bunu edir? Jurnalistlər, siz görürsünüz, bunu araşdırın”, – deyə partiya sədri qeyd edib.

Sosial şəbəkələrdə yayılan başqa bir xəbərə görə, Ermənistan hakimiyyətində təmsil olunan rəhbər şəxslərin Praqada biznesinin mühafizəsi ilə Ermənistanın Çexiyadakı səfiri, biznesmen Tiqran Seyranyan məşğul olur. Onun Ermənistan Prezidenti Serj Sərkisyan başda olmaqla, Milli Məclisin spikeri Qalust Saakyan, Müdafiə naziri Seyran Ohanyan, polis rəisi Vladimir Qasparyan, Baş prokuror Qevork Qostanyan, İrəvan meri Taron Marqaryanın biznesini idarə etdiyi bildirilir.

Qeyd edək ki, Ermənistan hakimiyyətində təmsil olunan rəhbər şəxslər öz biznes fəaliyyətlərini xarici ölkələrdə həyata keçirməyə üstünlük verirlər. Belə ki, onlar bu üsulla bizneslərini hər hansı siyası çevriliş olarsa, təhlükədən qorumağa, həm də xalqın diqqətini üzərilərindən yayındırmağa nail olmaq istəyirlər.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın