Ana səhifə / İqtisadiyyat / Erməni kəşfiyyatının rəisi Azərbaycana işləməkdə ittiham olundu

Erməni kəşfiyyatının rəisi Azərbaycana işləməkdə ittiham olundu

Ermənistan Milli Təhlükəsizlik Xidməti Armavir sakini, ehtiyatda olan 38 yaşlı mayor Qarik Xaçikoviç Marutyanı həbs edib.

Virtualaz.org erməni KİV-nə istinadən bildirir ki, o, uzun illər Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. Ermənistan MTX-nin açıqlamasında qeyd olunur ki, uzun müddət müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi işləmiş Qarik Marutyan sosial şəbəkə vasitəsi ilə Azərbaycanın Türkiyədəki xüsusi xidmət orqanları ilə əlaqə yaradıb və razılaşdırılmış maliyyə vəsaiti qarşılığında onda olan və dövlət sirri hesab olunan informasiyaları onlara ötürüb.

Q.Marutyana vətənə xəyanət ittihamı irəli sürülüb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın