Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / İqtisadiyyat / “Erkək İrana”nın qeyrəti və Sara Həsənovanın əməlləri… – Gigiyena və Epidemiologiya Mərkəzində nə baş verir ?

“Erkək İrana”nın qeyrəti və Sara Həsənovanın əməlləri… – Gigiyena və Epidemiologiya Mərkəzində nə baş verir ?

Məlumdur ki, Azərbaycan, SSRİ-nin ən ucqar respublikası idi, Zəngilan rayonu  isə  Azərbaycanın ən ucqar yaşayış məskənidir…
Bunu nə üçün yazıram.  
Biz uşaq olanda, yəni 70-ci illərdə  adına “Erkək İrana” ( yəqin ki, Rəna)  deyilən bir Sanitar-Epidemilogiya Mərkəzinin işçisi ( kənddə siçan-pişik  idarəsi  deyirdilər ) kəndimizə gələrək  kürəyindəki balonla  tövlələri, toyuq  hinlərini,  it damlarını, zibillikləri, həyətləri,  çəpərlərin dibini  dezinfeksiya edərək gedirdi. Kimdənsə pul almaq, rüşvət almaq heç kimin ağlına gəlməzdi. Uzağı  1 stəkan çay içərdi. Yəqin ki, “Erkək İrana”  dediyimiz  qadın çoxdan dünyasını dəyişib, Allah rəhmət eləsin. 
Kaş o qadında olan qeyrətin  mində biri indikilərdə olaydı…
Bəli, söhbət  Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM)  direktoru vəzifəsində çalışan  Sara Həsənovadan gedir. 
Sara Həsənova sabiq səhiyyə naziri  Əli İnsanovun dövründə  Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olub. 
Əli İnsanov  vəzifəsindən gedəndən sonra hamı düşündü ki,  Saranın kitabı bağlandı. Amma…
Əmması odur ki, Sara  təzə səhiyyə naziri Oqtay Şirəliyevlə  o qədər yaxın oldu ki, onun vəzifəsini  5 qat böyütdülər. Və…
Rayon səviyyəsində  vəzifə daşıyan Sara Həsənova birdən birə  respublika səviyyəsində vəzifəyə  təyin olundu. 
Beləliklə Sara Həsənova  Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM )  rəisi vəzifəsinə təyin olundu. 
Saranın işlədiyi vəzifələrdə  törətdiyi əməllərə nəzər salaq. 
Əvvəlcə Səbail  rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışan  bu qadın  rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edirdi, tabe olmayanları  isə…VAHİMƏLİ   bir şəxslə hədələyərdi. Sara Həsənova bu vəzifədə işləyərkən milyonlara sahib oldu.
Sara Həsənova  sonra oldu Sanitar Karantin Müfəttişliyinin ( SKM ) rəisi. 
Sara  Həsənova  SKM rəisi olarkən 3 ayda  respublika ərazisinə məhsul gətirən sahibkarlara 4006 ədəd  gigiyenik sertifikat verib və hərəsindən neçə min pul alıb. 
Təsəvvür edirsiniz  hər aya təxminən 1335, hər günə 44  sertifikat…İndi  bazar, şənbə və bayram günlərini çıxın və…
Görün Sara Həsənova 1 gündə nə qədər sertifikat paylayıb. Bu, ümumiyyətlə, fiziki cəhətdən mümkün deyil. Çünki hər məhsul laboratoriyada analizdən keçməli, keyfiyyəti bəlli olmalı və s. 
Deməli,  Sara Həsənova  sadəcə sertifikatları  baha qiymətə satıb və sahibkarların gömrükdən keçməsinə yaşıl işıq yandırıb. Və bunun nəticəsidir ki, ölkəmizə keyfiyyətsiz qidalar, vaxtı keçmiş un məhsulları, hətta Saranın sayəsində Çindən sintetik-kimyəvi düyülər gətirilib. Sonra da deyirik ki, ölkədə bu qədər xəstə olar…
Sara Həsənova təkcə  sertifikat satmaqla məşğul olmayıb. 
Sara Həsənova  SKM-ə rəis təyin olunan kimi mühasibləri, təsərrüfat müdirini və digər vəzifəli şəxsləri dəyişib. Və  300-400 manat maaş alan işçilərə 3000-4000 manat, hətta katibəsinə 2500 manat mükafat yazıb.
Qəribədir ki, nazirlər dəyişdikcə  Saranın  vəzifəsi böyüyür. 
Sara Həsənova hazırda Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM)  direktoru vəzifəsində çalışır. 
Deməli, media sorğularına, telefon zənglərinə cavab olaraq nazirlikdən bildirilir ki, GEM müstəqil qurumdur və Sara Həsənova bizə tabe deyil. 
Hazırda GEM-in direktoru olan Sara Həsənova  daha böyük cinayətlərə  imza atır. 
Sara Həsənova  təkcə təmizlik-gigiyena işlərinə baxmır e, ictimai-iaşə  obyektlərinə, ölkəyə gətirilən  mineral sulara, hətta tikinti-inşaat sahəsinə də nəzarət edir. 
Bəli, tikinti-inşaat…
Biz uzun-uzadı  bu məsələnin üzərində dayanmaq istəmirik. Amma məlumat üçün qeyd edək ki, ölkəyə gətirilən bütün  tikinti materiallarına  Sara  xanım “möhür”  vurmalıdır.  Və bunun üçün pul almalıdır. 
Beləcə,  Sara Həsənova  GEM-in hesabına milyonlar qazanıb, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s. 
Sara  Həsənovanın ən həssas yeri isə  bahalı içkilərdir. 
Deyilənə görə, bu barədə hətta yeni səhiyyə naziri Teymur Musayev ona ciddi  iradını bildirib. 
Sara Həsənovanın GEM-in qaraj müdirini  danlayıb problem yaratmasından, karantin dövründə qazandığı milyonlardan, ictimai-iaşə obyektlərinə verdiyi  saxta sertifikatlardan  dəfələrlə yazdığımız üçün  təkrar yazmırıq. 
Bircə cümlə ilə qeyd edək ki, qarajın müdiri Yaşar Sara Həsənovanın qanunsuz əməllərinə etiraz etdiyi üçün onu işdən qovub və bu haqsızlığa  dözməyən qaraj müdiri  dünyasını dəyişib. 
Və  Sara Həsənovanın keçirdiyi saxta tenderlərə toxunmaya bilmirik. 
Bu adam milyonlarla  saxta tenderə qol çəkib. Buyurun tanış olun.
Həmin saxta tenderlərin siyahısı o qədər uzundur ki, bir hissəsini təqdim edirik. 
1. Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatının (SERP) modullarına illik texniki xidmət üzrə keçirilən açıq tender üzrə “SİNAM” MMC qalib gəlmiş və onunla 05 İYUL 2021-ci satinalma müqaviləsi baglanmışdır.
2. “Sürtkü materiallarının alinması” maddəsi üzrə keçirilən katirovka üzrə “FƏRZƏLİYEV SABİR TƏVƏL oğlu” MMC qalib gəlmiş və onunla 08.06.2021-ci satinalma müqaviləsi baglanmışdır.
3. Mətbəə məhsullarının çap olunması üçün katirovka keçirilmiş və “LİNKİN PRO” MMC ilə 17 iyun 2021-ci il tarixdə müqavilə bağlanmışdır.
Reyestr məlumatlarından bəlli olur ki, MMC yanvar ayında dövlət qeydiyyatına alınsa da iyun ayında satınalmalarda iştirak edib. Bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.
4. Tibbi tullantılarin daşınması və idarə olunması həyata keçirtmək üçün katirovka keçirilmiş və “Kaspian Logistik Qrup” MMC ilə 04 iyun 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd edək ki, bu MMC-nin VÖEN-i belə yanlışdır.
Təsəvvür edirsiniz, Sara Həsənova Dəftərxana və təsərrüfat xərcləri üçün 150 min  347  manat 85 qəpik pul xərcləyib. 
Avtomobil sürtkü materialları üçün  51 887.55 manat  xərcləyib. 
Sara Həsənova  Allah qoymasa, avtomobil üçün ehtiyyat hissələri almağa  140 min  515 manat 58 qəpik xərcləyib. 
Ay Sara, sən  avtomobil  hissələrinə bu qədər pul xərcləmisənsə,  niyə GEM-in maşınlarının təkərləri “keçəl”dir ? 
Təkərlər  “keçəl” olduğu üçün dəfələrlə GEM-in sürücüləri qəza vəziyyətinə düşüb. 
Sözün qısası,  Sara Həsənovanın  Araz aşığından, Kür topuğundandır. 
Bəs görəsən, bu boyda dövlət qurumları hara baxır..?
Niyə bir yoxlama keçirib, orada olub-bitənlərə nəzarət edilmir? (Gundelik-bakı)

https://youtu.be/LCnJle2PQUI

Həmçinin oxuyun

Avropa Komissiyasının Prezidenti: “Azərbaycan qaz təchizatında alternativ tərəfdaşdır”

Rusiya qazından başqa etibarlı təchizatçılara doğru şaxələndirmək üçün çox üsul var. ABŞ, Norveç və Azərbaycan …