Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Erdoğan: Türkiyə Rusiya ilə münasibətləri düzəltməyə hazırdır

Erdoğan: Türkiyə Rusiya ilə münasibətləri düzəltməyə hazırdır

Türkiyə mətbuatının məlumatına görə, prezident Recep Tayyip Erdoğan deyib ki, əgər Rusiya bunu həqiqətən istəyirsə, Ankara Moskva ilə münasibətləri bərpa etməyə hazırdır.

Ötən həftəsonu Yunanıstana səfər edən Vladimir Putin jurnalistlərin suallarına cavab verərkən Turkiyə-Rusiya münasibətlərinin bərpa edilməsni istədiyini, lakin Ankaranın bu istiqamətdə addım atmadığını qeyd edib.

Vladimir Putinin dediklərini Diyarbakır şəhərinə baş nazir Binali Yıldırımla birgə səfərdən sonra şərh edən Türkiyə prezidenti deyib ki, “nəyin baş verdiyini hamı bilir”.

“Biz münasibətlərin pozulmasını istəməmişik. Məgər, Putin bizə doğru addım atıb kı, biz də buna cavab verməmişik?”, Erdoğan vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Moskva Türkiyə ilə münasibətləri bərpa etmək istəyir, lakin Ankara SU-24 təyyarəsinin vurulmasından sonra müəyyən addımlar atmalıdır.

“Həmin addımların nədən ibarət olduğunu Ankara bilir, lakin addımlar indiyədək atılmayıb”, Putin qeyd edib.

Bununla bağlı Erdoğan Putinin dediklərini şərh edərkən xatırladıb ki, o, şəxsən Putinə Türkiyə hava məkanının dəfələrlə pozulduğu barədə məlumat çatdırıb.

Erdoğanın sözlərinə görə, ötən ilin noyabr ayında Antalyada G20 sammiti zamanı o, həmin məlumatı Putinə çatdırında, Rusiya prezidenti bu barədə məlumatsız olduğunu deyərək, yanında duran Lavrova məsələni araşdırıb çözmək tapşırığı vermişdi.

“Lakin bir neçə gündən sonra bizim hava məkanımız yenə pozuldu, bu hərəkəti etmiş naməlum təyyarə xəbərdarlıq siqnallarına məhəl qoymayanda, həmin təyyarəyə qarşı belə vəziyyətlərdə tələb olunan müvafiq tədbirlər görüldü”.

Erdoğan Türkiyənin hadisədən sonra həmin təyyarə ilə bağlı radar qeydlərinin Rusiya hərbi attaşesinə təqdim olunduğunu qeyd edib.

Onun təbirincə, Rusiya tərəfinin pilotun ölümünə görə Türkiyəni suçlaması düzgün deyil.

“Təyyarənin pilotu sağ olaraq təyyarədən qurtuldu. Amma Suriyada müxalifətin əlinə düşdü. Öldürülən pilotun cənazəsini Türkiyə danışqılar nəticəsində geri aldı, bu zaman bütün dini mərasim qaydaları yerinə yetirildi. Türkiyə olaraq o hadisədə üzərimizə düşəni yerinə yetirdik”, Erdoğan vurğulayıb. BBC

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın