Ana səhifə / İqtisadiyyat / Ən çox bahalanan məhsulların adları açıqlandı – Rəsmi

Ən çox bahalanan məhsulların adları açıqlandı – Rəsmi

Bu ilin yanvar ayında istehlak qiymətləri (inflyasiya) 2023-cü ilin yanvar ayına nisbətən 1,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7%, qeyri-qida məhsulları üzrə 1,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,2% artıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya (dekabra) nisbətən 0,5% yüksəlib.
Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …