Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Elşad Abdullayev psixi xəstə adı ilə sığınacaq almağa cəhd göstərib” – Fransa imtina edir…

“Elşad Abdullayev psixi xəstə adı ilə sığınacaq almağa cəhd göstərib” – Fransa imtina edir…

Fransa hökuməti bu ölkədə mühacir həyatı yaşayan keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevə verdiyi sığınacaq müddətini uzatmaqdan imtina edib.

Azinforum.az  xəbər verir ki, bu haqda məlumatı Hollandiyada mühacirətdə olan “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Fikrət Hüseynli sosial şəbəkədə paylaşıb.

Onun sözlərinə görə, Fransa hökuməti Elşad Abdullayevə verdiyi 1 illik sığınacaq müddətini uzatmayıb. F.Hüseynlinin sözlərinə görə, E.Abdullayev vəziyyətdən çıxmaq üçün əvvəlcə psixi xəstə adı ilə sığınacaq almağa cəhd göstərib, lakin buna inanmayıblar.

“Ona görə də indi bir sayt açıb və jurnalist kimi özünü fransızlara təqdim edib status almaq istəyir”,-deyə F.Hüseynli keçmiş rektoru saxtakarlıqda ittiham edib.

E.Abdullayev hələ ki məsələyə münasibət bildirməyib..

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın