Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Elman Rüstəmova çağırış: “Heç olmazsa abrına qısılıb susmaq lazımdır…”

Elman Rüstəmova çağırış: “Heç olmazsa abrına qısılıb susmaq lazımdır…”

“Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov açıqlama verib ki, devalvasiya olmayacaq və bunu dünya bazarında neftin qiymətinin bahalaşması ilə əlaqələndirib, jurnalistləri və ekspertləri sosial məsuliyyətə dəvət edib. Əvvala, Elman Rüstəmov “Növbəti devalvasiya olmayacaq” deyə bilər. Hər kəsin yaxşı yadındadır ki, 2014-ci ilin sonuna qədər Elman Rüstəmov israrla deyirdi ki, devalvasiya olmayacaq. Amma 2015-ci ilin fevral və dekabr aylarının 21-də baş verən devalvasiyadan sonra Azərbaycan manatı 2 dəfə ucuzlaşdı. Görəsən, o zaman sosial məsuliyyət hissi yox idi?”

Bunu ekspert Qubad İbadoğlu bildirib.

“Elman Rüstəmov elə sevinclə danışır ki, elə bil dünya bazarında neftin qiymətini özü bahalaşdırıb. Devalvasiya olmayacağını da neftin dünya bazar qiymətlərinin bahalaşmasına görə Azərbaycanın valyuta gəlirlərinin artması ilə əlaqələndirir. Eyni zamanda onun əksini də təsdiq edir ki, qiymətlər ucuzlaşarsa devalvasiya da ola bilər. Əslində belə halları 2014-16-cı illərdə yaşadıq, 2020-ci ildə risklər artsa da devalvasiya siyasi qərarın təsirindən baş vermədi. Üçüncüsü, unutmayaq ki, manatın uzun müddətli sabit, əslində ölü kursu iqtisadiyyatda ciddi problemlər yardır, yerli istehsalı və qeyri-neft ixracat potensialını zəiflədir, idxalı stimullaşdırır, sahibkarlar və banklar çox ağır durumdadırlar, devalvasiya olmasa da banklar bağlanır, indiyədək bağlanan 15 bankdan əhaliyə və biznesə yüz milyonlarla zərər dəyib. Hazırda bəzi banklar yenə də bağlanma riski ilə üz-üzədir. Banklar  izafi likvidlik (kredit verəkdə çətinlik çəkirlər)  problemini yaşayır, onun bir səbəbi sahibkarlıq mühitinin pis, digər səbəbi də faiz dərəcələrinin yüksək olmasıdır. Buna baxmayaraq Elman Rüstəmov uçot dərəcəsini qaldırır. Çünki, özü də yaxşı bilir ki, ölkədəki faktiki inflyasiya rəsmi  rəqəmlərdən qat-qat yükskdir. Elə bu səbəbdən də ölü vəziyyətdə qalan heç bir tənzimləmə funksiyasına malik olan manat gündən-günə alıcılıq qabliyyətini itirir. Nəhayət, 30 il ərzində bazar qüvvələrinin  təsiri ilə formalaşan məzənnə siyasətinə nail ola bilməyən Elman Rüstəmov müstəqil və vətənini sevən bankir olsa idi, Beynəlxalq Bankdan 5 milyard “itməzdi”. Odur ki, heç olmazsa abrına qısılıb susmaq lazımdır, əgər o varsa” – Q.İbadoğlu qeyd edib.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …