Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / “Elman Rüstəmov Baş Prokurorluğa çağırılıb ondan izahat istənilməlidir”

“Elman Rüstəmov Baş Prokurorluğa çağırılıb ondan izahat istənilməlidir”

Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun nikahdankənar oğlu üzə çıxıb. “14 yaşlı Aqil adlı oğlan sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. O bildirib ki, Elman Rüstəmov ona nə soyadını, nə adını verməyib.

“Mən aldadılmış, sındırılmış uşağam” deyən Aqilin sözlərinə görə, Elman Rüstəmov əvvəllər ona adının Məmməd olduğunu deyib: “2 il əvvəl bilmişəm onun həqiqi adını. 2018-ci ildən Abu-Dabidə yaşayır, təhsil alıram. Sonuncu dəfə məni görəndə dedi ki, get bu ölkədən, buranın gələcəyi yoxdur”.

Aqil bildirib ki, bütün atalıq nəvazişini atalığından görüb. İndi isə Elman Rüstəmov anasını hədələyir, onun qapalı məktəbdə oxuması tələbini irəli sürür.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, məsələ Azərbaycan qanunvericiliyinin yurisdiksiyasında deyil: “Çünki uşaq və anası Azərbaycandan kənardadırlar. Buna görə də həmin uşağın anası yaşadığı ölkənin hüquq mühafizə orqanlarına müraciət etməlidir. Təhdidlə bağlı sübutlar təqdim etməklə tədbir görülməsini istəməlidir. Həmin ölkənin, bu halda uşaqla anasının yaşadığı Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları da Azərbaycanın hüquq-mühafizə orqanlarına təhdidlə bağlı sorğu verib tədbir görülməsi istəməlidir”.

Hüquqşünas deyir ki, uşaq və anasının birbaşa olaraq Azərbaycanının hüquq-mühafizə orqanlarına müraciət etmək hüquqları da var: “Uşaq videoda deyir ki, Elman Rüstəmov onlara aldığı əmlakları geri istəməsi ilə təhdid edib. Əslində burada təhdid yoxdur. Çünki Elman Rüstəmov verdiyini geri istəyir. Sadəcə, o, bu tələbini məhkəmə üzərindən etməli idi. Sübut etməli idi ki, həmin əmlakları o alıb və geri istəyir”.

Hüquqşünas deyir ki, Elman Rüstəmov məhkəmə davası açmaqdan vaz keçəcək: “Mən Elman Rüstəmovla işləmişəm, onu yaxşı tanıyıram. O, mahiyyətcə qorxaq adamdır, kimisə təhdid etməsinə də inanmıram. Elman Rüstəmov adının belə işlərdə hallanmasını heç istəməz. Buna görə məhkəməyə üz tutmayacaq. Qaldı ki, Elman Rüstəmovun uşaqla bağlı tələblərinə, onun belə tələblər irəli sürmək hüququ yoxdur. Çünki uşağa öz soyadını, ata kimi öz adını verməyib”.

Hüquqşünas deyir ki, Azərbaycanın Baş Prokurorluğu Elman Rüstəmovu çağırıb ondan izahat istəyə bilər: “Elman Rüstəmov Azərbaycanda vəzifə daşıyıcısıdır, baş nazirin müşaviridir. Onun digər bir ölkənin ərazisində yaşayan şəxsləri təhdid etməsinə dair ölkə rəhbərliyinə sosial şəbəkə üzərindən müraciət var. Bunu Azərbaycan vətəndaşları ilə yanaşı Azərbaycanının hüquq-mühafizə orqnaları da görüblər. Bu baxımdan ölkə başçısına müraciətdə adı təhdid edən tərəf kimi hallanan vəzifəli şəxsin çağırılıb məsələ ilə bağlı izahat istənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub”.

Hüquqşünas deyir ki, sübut olunsa ki, Elman Rüstəmov həqiqətən də təhdid edib, bu halda onun barəsində tədbir görülə bilər.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …