Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Elman Rüstəmov əhaliyə çağırış etdi

Elman Rüstəmov əhaliyə çağırış etdi

“Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadə barədə düşünmürük”.

Azinforum.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə neftin qiymətinin kəskin azalmasının milli valyutanın məzənnəsinə təsiri ilə bağlı deyib.

AMB-nin sədrinin sözlərinə görə, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı mövcuddur: “Kifayət qədər cari ehtiyatımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. AMB-nin öz ehtiyatları var. Eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək”.

Xatırladaq ki, hazırda ölkənin ümumi valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarından, o cümlədən AMB-nin valyuta ehtiyatları 6,4 mlrd. dollardan çoxdur.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …