Ana səhifə / İqtisadiyyat / Elman Rüstəmov inflyasiyadan danışdı

Elman Rüstəmov inflyasiyadan danışdı

Cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib.

“ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.

Mərkəzi Bankın sədri qeyd edib: “2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq”.

Həmçinin oxuyun

Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı

Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar. Unikal.org-un araşdırmasına görə, …