Cümə , Oktyabr 23 2020
Ana səhifə / İqtisadiyyat / Elektron ticarət bazarında yüksək artım var

Elektron ticarət bazarında yüksək artım var

Azərbaycan elektron ticarət bazarı yüksək artım nümayiş etdirir.
 
Bunu jurnalistlərə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadənin sözlərinə görə, təkcə ötən il ərzində yeddiqat artım müşahidə olunub:
“Ticarətin böyük əksəriyyəti ABŞ və Çinin populyar elektron ticarət platformalarının payına düşür. Bununla belə, Azərbaycanda lokal platformaların və müştərilərinin sayı artır. Bu sahədə heç bir məhdudiyyət yoxdur və istənilən şəxs ölkə xaricindən məhsul sifariş edə bilər. Məlum olduğu kimi, nazirliyimizin elektron ticarət sahəsində layihəsi var, bu layihə Çinn ticarət məkanlarından sifarişlərin ölkəyə çatdırılması və digər ölkələrə paylaşdırılmasını nəzərdə tutur”.
Nazir müavini bildirib ki, elektron ticarətlə məşğul olan şəxslər etimad münasibətlərində maraqlıdır:
“Bu baxımdan elektron imzanın istifadəsi vacib rol oynayır”. (Trend)

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …