Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Elektrik enerjisini xaricə 9,8, özümüzə 10 qəpiyə satırıq – RƏSMİ

Elektrik enerjisini xaricə 9,8, özümüzə 10 qəpiyə satırıq – RƏSMİ

Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 495 milyon 119,82 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 22 milyon 77 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,8 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,8 qəpik təşkil edib.

Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.

Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …