Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Eldar Osmanov və Albert Avdolyan Los-Ancelesdə əsrin toyunu etdilər

Eldar Osmanov və Albert Avdolyan Los-Ancelesdə əsrin toyunu etdilər

Rusiya biznesmeni Eldar Osmanovun qızı və sahibkar Albert Avdolyanın oğlu Los-Ancelesdə evləniblər.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-i yazıb. Xatırladılır ki, Lolitanın və Qasparın kəbinləri 1 iyulda ənənəvi “Oskar” mükafatının verilməsi mərasiminin keçirildiyi Dolby Theatre-da kəsilib. Toyun aparıcıları Kseniya Sobçak və Andrey Malaxov olublar. Qonaqları Svetlana Loboda, Nikolay Baskov, Stas Mixaylov və Ledi Qaqa əyləndiriblər.

Toy olduqca təmtəraqlı təsir bağışlayıb. Amma ona nə qədər pul xərcləndiyi açıqlanmayıb. Bununla belə, ehtimal olunur ki, floristik kompozisiyalar hardasa yarım milyon dollara başa gəlib, daha iki milyon yarım müğənnilərə verilib, üstəgəl toyun keçirildiyi yerin icarə haqqı, ziyafət məclisindəki təamlar, içkilər, qonaqların yerləşdirilməsi, gəlin paltarı və s.

Qeyd edək ki, Eldar Osmanov məşhur Rusiya biznesmeni və “Mejreqionsoyuzenerqo” şirkətinin sahibidir. Açıq mənbələrdə Osmanovun sərvəti haqda informasiyalar yoxdur, ancaq Rusiya KİV-i onun şirkətində maliyyə problemlərinin mövcudluğundan bəhs edir.

Albert Avdolyana gəlincə, o, telekommunikasiyalar sahəsində işləyir, “Forbes” onun sərvətini 800 milyon dollar civarında qiymətləndirir.

 

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın