Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Elçin Qurbanov: “Dünyəvi dövlətin iqtisadiyyatı üçün islamçı modellərin tətbiqi uğur gətirə bilməz”

Elçin Qurbanov: “Dünyəvi dövlətin iqtisadiyyatı üçün islamçı modellərin tətbiqi uğur gətirə bilməz”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyan prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək. Türkiyə ilə BƏƏ arasında illərlə davam edən gərginlikdən sonra əlaqələri bərpa etmək üçün yeni fürsətin yarandığı deyilir. 

Belə ki, Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyanın prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri gözlənilir. İngiltərə mətbuatı Nahyanın Türkiyəyə 100 milyard dollar sərmayə yatıracağını yazır. Bu səfərdən əvvəl BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri Dubayda keçirilən Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri Qarışıq İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin ticarət naziri Mehmet Muş ilə ikitərəfli görüş keçirib. BƏƏ ilə Türkiyə arasında iqtisadi əlaqələrin güclənməyə davam etdiyini deyən Mari bunun müxtəlif sektorlarda, xüsusilə ticarət və investisiya sahələrində yeni tərəfdaşlıqlar yaratmaq üçün böyük imkanlar yaratdığına diqqət çəkib.

Həmçinin BƏƏ-nin xarici ticarət naziri Sani əz-Zuyudi və nazir Muşun iştirakı ilə keçirilən Türkiyə-BƏƏ Birgə İqtisadi Komissiyasının iclasında iki ölkə arasında qeyri-neft ticarətinin şaxələndirilməsinə və ticarət həcminin artırılmasına yönəlmiş iş planı ilə bağlı razılıq əldə olunub. BƏƏ-nin Xarici Ticarət üzrə Dövlət naziri Zuyudi iki ölkənin strateji mövqeyinə diqqət çəkərək, Türkiyə məhsullarının Yaxın Şərq, Asiya və Afrika ölkələrinə çatdırılmasında BƏƏ-nin körpü rolunu oynayacağı kimi, BƏƏ məhsullarının da Avropa və bəzi Asiya ölkələrinə çatdırılması yönündə Türkiyənin əhəmiyyətli bazar olduğuna işarə edib. Zuyudi ölkəsindəki iqtisadi inkişaflara və layihələrə diqqət çəkərək türk şirkətlərini bu inkişaflardan faydalanmağa çağırıb.

Yaşanan böhranın fonunda Birləşmiş Əmirliklərin 100 milyard dollar dəstəyi  Türkiyənin maliyyə sistemində dərhal effekt verə bilərmi?

İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əhalinin pul gəlirinin məhdudlaşması, yəni iqtisadi aktivliyi azaltma, yüksək bank faizlərinin tətbiqi, dövlət büdcə xərclərinin azaldılması, məşğulluğa mənfi təsir etmədən əmək haqlarının aşağı səviyyədə saxlanması kimi əsaslar əsrin maliyyə elminin imperatoru sayılan Milton Fridmanın tətbiq etdikləri platformadır: “Çox təəssüflər olsun ki, Ərdoğan islamçı olduğu səbəbindən yüksək bank faizlərinin tətbiqinə qarşı çıxıb. Bu da Türkiyə iqtisadiyyatı üçün xarakterik deyil. Çünki həmin təcrübə İslam qanunları ilə idarə olunan ölkələrdə tətbiq olunur. Həmin ölkələrdə iqtisadiyyatın əsasları tam başqa təməllər üstündə bərqərar olduğundan, bunu etmək mümkün olur. Hətta yüksək bank faizlərinə görə Ərdoğan Mərkəzi Bankın üç rəhbər şəxsini işdən azad edib. Bununla da pul siyasətində böyük geriləmə başladı. Fridmanın nəzəriyyəsinin əksinə addım atıldı. Ola bilər ki, bu addım humanizm baxışlarına görə atılıb. Türkiyədə vəziyyət infliyasiya həddini də keçib və devalvasiyaya yaxınlaşır. Milli valyuta xarici valyuta qarşısında dəyərini tamamilə itirir. Ərəb ölkələrinin yardımı rol oynaya bilər. Baxır həmin məbləğ hansı şərtlərlə verilir. Həmin pul kredit yox, faizsiz borc kimi verilərsə, bunun faydası olar. Deyilən   məbləğ kredit kimi verilirsə, bu zaman Türkiyə borclanır. Çox yaxın gələcək üçün bu yaxşı inkişaf vəd eləmir. Hətta bu məbləğ faizsiz borc kimi verilsə belə, qısa müddətdə Türkiyə valyutasını dəyərə mindirəcəyini vəd etmir. Bunun üçün düzgün maliyyə siyasəti aparmaq lazımdır. Ronald Reyqan ABŞ-da, Marqaret Tetçer Böyük Britaniyada çaparaq infliyasiyanın qarşısının alınmasında bu nəzəriyyəni tətbiq etdi. Fayda verən bu nəzəriyyədən tam imtina lazım deyil. Türkiyə istehsalçı ölkədir. İdxaldan ciddi şəkildə asılı olan dövlət deyil. Əslində onun belə ciddi problemləri olmalıdır. Türkiyənin ən ciddi gəlirləri turizmdən gəlir. Pandemiya dönəmində həmin sektor çökdü. Bunun da təsiri olub. Dünyəvi dövlətin iqtisadiyyatı üçün islamçı modellərin tətbiqi uğur gətirə bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …