Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / “Elə bir oğul yetişdirəcəyəm ki, türkləri öz dinləri ilə vursun” -GÜLƏNİN ATASI ERMƏNİ ÇIXDI

“Elə bir oğul yetişdirəcəyəm ki, türkləri öz dinləri ilə vursun” -GÜLƏNİN ATASI ERMƏNİ ÇIXDI

Gülənin babaları 1915-ci ildə kürdləri və türkləri qətlə yetiriblər
Hələ 2014-cü il fevralın 4-də Ermənistanın “Novosti Armenii” – “News.am” saytında nurçular sektasının rəhbəri, Türkiyədə 15 iyul tarixli uğursuz çevriliş cəhdində ittiham edilən Fətullah Gülənin erməni mənşəli olması barədə araşdırma dərc olunub. Aktuallığını itirməyən materialı nəzərinizə çatdırırıq.
Yasaq mövzu: Türkiyəni qarışdıran Fətullah Gülən ermənidir?
Türkiyədə ciddi tabu altında olan mövzular var. Onlardan biri ermənilərin ölkə tarixindəki roludur (bu “rol”un nə qədər “müsbət” olduğu göz önündədir, gizlətməyə ehtiyac yoxdur – “Hurriyyet.org”). “Novosti Armenii” – “News.am” Türkiyə cəmiyyətinin müxtəlif problemlərini işıqlandırır. Bu dəfə söhbət baş nazir Rəcəb Tayyib Ərdoğan hökumətinə vurduğu zərbələrlə beynəlxalq diqqətin mərkəzinə çevrilən Fətullah Gülənin erməni mənşəli olmasından gedəcək. Türkiyə tarix cəmiyyətinin keçmiş direktoru Yusuf Halaçoğlu Gülənin erməni mənşəli olduğuna aşkar eyham vurub. Sonra bu mövzunu türk jurnalist Murad Alperen davam etdirdi – bildirdi ki, Gülən erməni əsillidir və onun babaları vaxtilə Ərzurumda türkləri qırıblar.
1999-cu il, iyunun 14-də Türkiyənin “Star” qəzeti Gülən haqqında Türkiyənin polis rəisi Cövdət Saralın rəhbərliyi altında yazılmış hesabatı dərc etdi – burada Gülənin türk mənşəli olmasının şübhə doğurduğu ifadə edilirdi.
2013-cü il, iyulun 5-də Türkiyənin “Turkishnews.com” saytı Gülən barədə material yerləşdirdi. Burada yazılırdı ki, 1915-ci il hadisələri zamanı Gülənin babası pasinerli İbrahim bəyin yanında işləyirmiş. Bəyin yanında işləyən erməni xidmətçilər onun ailəsinə müsəllət olurlar, İbrahim bəy də öz növbəsində onu və onun ailə üzvlərinin bir qismini öldürərək intihar edir. Təkcə Gülənin atası sağ qalır, kimliyini dəyişərək, 18-19 yaşlarında ikən İspirə gəlir və orada yerləşir, müsəlman adını götürərək evlənir. Bundan sonra daima türkləri qətlə yetirən erməniləri söyərək hər yerdə özünü Əhlibeyt yolunda olan mömin müsəlman kimi qələmə verir. Gülənin atasının erməni mənşəli olduğunu onun öz deyimindən də anlamaq olur: “Elə bir oğul tərbiyə edirəm ki, onları öz dinləri ilə vuracaq”. Başqa sözlə deyilsə, Gülən türkləri onların öz dinləri – islam ilə vuracaqdı (O, yeni müsəlman kimliyi ilə bir türk qızı ilə evlənir. Gülənin atasının “Elə bir övlad yetişdirirəm ki, bunları öz dinləri ilə vuracaq” deyimi də buradan qaynaqlanır (E.M.H, 2 Haziran 1999) http://www.turkishnews.com/tr/content/2013/07/05/hocaefendi-kimdir/ – Hurriyyet.org).
Gülənin erməni mənşəli olmasına daha bir sübut onun babalarının vətəni ilə bağlıdır. Bəllidir ki, Gülənin babası Ərzuruma Van gölü yaxınlığında yerləşən, ermənilərin məskunlaşdığı Xlatdan gəlib. Deyilənə görə, Gülənin babasının Xlatı tərk edərək Ərzurumun Basen rayonunda məskunlaşmasına səbəb ailənin namusu ilə bağlı hadisə olub.
“Kapsamhaber” saytı da maraqlı məlumatlar dərc edib: Gülənin babaları müsəlmanların, ilk növbədə isə kürdlərin qırğınlarında iştirak etdikləri üçün bir müddət İrəvanda gizlənməyə məcbur olublar, lakin burada torpaq və qazanc əldə edə bilmədiklərindən Türkiyəyə qayıdıblar. Doğma torpaqlarda müsəlmanların qırğınlarında ittiham edildikləri üçün onlar Ərzuruma yola düşürlər.
Həmçinin, Gülənin mənəvi oğlu Eyyub Can ilə həyat yoldaşı Elif Şafak da müzakirə edilir. Eyyub Can ABŞ-da təhsil alıb, geri dönəndən sonra Gülən təşkilatının baş qəzeti olan “Zaman”da, sonra isə “Radikal” nəşrində çalışır. Eyyub Can “Ermənilərin soyqırımı”nı (uydurma iddialar nəzərdə tutulub tanıyan azsaylı jurnalistlərdəndir və “tarixin üzünə baxmağın zəruriliyini” bildirib.
Gülənin gəlini, məşhur türk jurnalist Elif Şafakın isə anasının erməni olduğu bəllidir. O da uzun müddət “Zaman” qəzetində çalışıb. O, “erməni soyqırımı” barədə “İstanbullu bic” adlı qalmaqallı kitab yazıb. Bu kitaba görə ona qarşı 301-ci maddə ilə (türk ləyaqətinin təhqirinə görə) cinayət işi açılmışdı.
Gülən hərəkatının, və yaxud da Türkiyədə deyildiyi kimi, Gülən dini icmasının Türkiyə daxilində və xaricində məktəbləri, universitetləri, fondları, KİV, xəstəxanaları, müəssisələri və bankları var.
Fətullah Gülən islam ilə demokratiyanı sinezləşdirən, Türkiyənin dünyadakı nüfuzunu gücləndirən adam hesab edilsə də, o, vacib siyasi və iqtisadi gücə çevrilib (keçmiş zamanda – Hurriyyet.org). O, Türkiyənin dünyəvi dövlətçiliyi üçün təhlükə sayılır.
Gülən hərəkatının üzvləri demək olar ki, Türkiyənin bütün idarələrində görkəmli postlar tuturlar. Məhz onların sayəsində Gülən “Böyük rüşvət” əməliyyatı vasitəsilə Ərdoğana və onun partiyasına qəfil və kəskin zərbə vura bildilər.(Hurriyyet.org)

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …

Bir cavab yazın