Şənbə , İyun 19 2021
Ana səhifə / İqtisadiyyat / Ekspertdən Kənd Təsərrüfat Nazirliyinə ciddi irad: “Ən lazımsız standartın tətbiq edilməsinə dövlət büdcəsində vəsait ayırtdırdınız”

Ekspertdən Kənd Təsərrüfat Nazirliyinə ciddi irad: “Ən lazımsız standartın tətbiq edilməsinə dövlət büdcəsində vəsait ayırtdırdınız”

Dəyərli Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan ictimaiyyətinə izah edə bilərsinizmi ki, İSO 14001:2015 Ekoloji Menecment Sisteminin İdarəolunması sisteminin tətbiq edilməsinin sizin fəaliyyətinizə nə kimi müsbət təsiri vardır?

Nazirliyiniz Ətraf mühitə necə təsir göstərir ki, dövlət büdcəsindən Ekoloji Menecment sisteminin idarəolunması sistemi üçün vəsait ayırtdırırsınız?Fəaliyyətiniz nəticəsində hansı ekoloji aspektlər yarnmaqdadır ki, siz İSO 14001:2015 standartının tətbiq edilməsini, dövlət büdcəsindən buna vəsait ayrılmasını labüd bildiniz? Fəaliyyətiniz nəticəsində yaranmış tullantılar hər halda mətbəxdən çıxmış məişət tullantıları və kağız tullantılardan başqa növ tullantılar deyil. Bəlkə biz bilmirik fəaliyyətiniz nəticəsində yanacaq-sürtkü materialları və ya təhlükəli tullantılar yarnmamqdadır?

İSO 56002:2019 İnnovasiyaların İdarəolunması Sistemini tətbiq etsəydiniz mən sizi alqışlayardım. Amma Sizin üçün ən lazımsız standartın tətbiq edilməsinə dövlət büdcəsində vəsait ayırtdırdınız. Düşünürəm ki, bir çox dövlət qurumunda İSO 37001:2016 Rüşvət Əleyhinə İdarəetmə Sistemləri standartları hökmən tətbiq edilməlidir. Bu kimi partizanlıqlar nəzarət altına götürülsə, həm xalqımız, həm də dövlətimiz üçün daha faydalı olar.

Asif İbarimov, Beynəlxalq idarəetmə üzrə ekspert

Həmçinin oxuyun

Azərbaycan ötən il 57 milyon dollarlıq cır-cındır idxal edib

Azərbayacan hər il bir neçə milyon dollar dəyərində işlənmiş geyimlər, toxuculuq məmulatları və cır-cındır (geyimə …