Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / Ekspert palatanı təkzib etdi: 4 yox, 8 bank funksiyasını yerinə yetirə bilmir

Ekspert palatanı təkzib etdi: 4 yox, 8 bank funksiyasını yerinə yetirə bilmir

“Maliyyə Palatasının araşdırmalarında 4 bankın funksiyalarını yerinə yetirə bilməməsi qeyd olunurdu. Lakin bizim apardığımız monitorinqlər nəticəsində isə aydın olub ki, Azərbaycanda mövcud olan bankların 8-i demək olar öz funksiyasını tam olaraq yerinə yetirə bilmir”.
Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O, bildirib ki, dövlət bank sektoru bağlı proqram qəbul etsə, həmin bankların bəziləri bağlana, yaxud digər böyük banklara birləşdirilə bilər:
“Həmin bankların digər banklara birləşdirilməsi daha məqsədəuyğun olardı. Hər halda sağlamlaşdırma paketinin və proqramının yaradılmasına ehtiyac var.
Hökumət bu proqramı hazırlayıb qəbul etməklə həmin bankların konsolidasiyasını həyata keçirə bilər ki, bu da bankların sayının azaldılmasına gətirib çıxartsa belə, bank sektoruna olan inamın azalmasının qarşısını ala bilər.
Yəni, mövcud funksiyalarını yerinə yetirə bilməyən bankların taleyi birbaşa dövlətin bu sektorla bağlı xüsusi bir proqram qəbul edib-etməməsindən asılı olacaq”.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …