Ana səhifə / İqtisadiyyat / Ekspert Mərkəzi Bankı sərt tənqid etdi: “Kimə nömrə gəlir?..”

Ekspert Mərkəzi Bankı sərt tənqid etdi: “Kimə nömrə gəlir?..”

Azərbaycanda iki ən iri müflis bankın (Bank Standard və Texnikabank) və işğal olmuş əraizilərimizdə fəaliyyət göstərən erməni bankının auditoru olmuş və nizamnamə kapitalı cəmi 10 000 manat olan “KPMG Audit Azərbaycan” MMC tenderi udaraq, növbəti 3 il ərzində bizim Azərbaycan Mərkəzi Bankınının aditoru olması narazılığa səbəb olub.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Mərkəzi Bankın bu qərarını və rəsmilərinin çıxışını sərt tənqid edib. “Mərkəzi Bankın həyasızlığına heyranam! Rəsmisi deyir: “Beynəlxalq KPMG şirkətinin (Moskva və London ofisləri) digər ölkələrdə fəaliyyət göstərən ofislərində çalışan yüksək kompetensiyalı nümayəndələrinin və partnyorlarının da iştirakı burada təmin edilir. Bir qayda olaraq auditin nəticələri baş ofis tərərfindən təsdiqləndikdən sonra qüvvəyə minir”. Ağ yalandır! Əvvəla, Azərbaycandakı KPMG müstəqil hüquqi şəxsdir və bildiyim qədər sahibləri ofşordadır, yəni qlobal KPMG ilə rəsmi bağlantı yoxdur. Belə bağlantı varsa, onda lap pis: deməli, yerli KPMG beynəlxalq KPMG-nin bütün “işlərinə” (Qarabağdakı fəaliyyəti, dünya üzrə korrupsiya və s.) həmrəydir! Amma heç bir halda yerli KPMG-nin auditinin nəticələri “baş ofis tərərfindən təsdiqlənə” bilməz! Filial-zad deyil ki, sənədlərini baş ofis təsdiqləsin! Mərkəzi Bank kimə nömrə gəlir?” ( Cebhe.info)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …