Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / Ekspert kənd təsərrüfatının inkişafından gözləntilərini açıqladı

Ekspert kənd təsərrüfatının inkişafından gözləntilərini açıqladı

“Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq”.

Bunu prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən deyib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, texniki məhsulların istehsalı kənd təssərrüfatının inkişafına səbəb olacaq:

“Bu Azərbaycanda aqro-biznes sisteminin formalaşmasına imkan verəcək. Texniki məhsulları istehsal edərək biz həm kənd təsərrüfatı, həm də sənayeni bir-biri ilə əlaqələndirmiş olacağıq. Sənaye üçün xammalın istehsalı bizim dünya bazarına çıxmağımız üçün imkanlar yaradacaq. Bu da özlüyündə xarici investitsiyaların cəlb olunmasına şərait yaradacaq. Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi məsələlərinin həllinə də imkan verəcək”.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …