Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ekspert: “Güzəştli mənzillər bazardakı qiymətlərə təsir edəcək”

Ekspert: “Güzəştli mənzillər bazardakı qiymətlərə təsir edəcək”

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, güzəştli mənzillərin satışına başlanması mənzil bazarındakı qiymətlərə təsir edəcək:

“Bu təsir özünü yeni tikililərdə deyil, əsasən köhnə mənzillərin qiymətində göstərəcək. Bu gün onu nəzərə almalıyıq ki, yığılmış vəsaitlər əsasən mənzil alınması üçün istifadə olunur. Mənzil bazarında güzəştlərin olması ümumi maraqlara daxildir. Bu bazarda hər hansı güzəştin olması trendi dəyişir”.

Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiqlənib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …