Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Ekspert dollarlaşma dövrünün başa çatdığını iddia edir

Ekspert dollarlaşma dövrünün başa çatdığını iddia edir

“Azərbaycanda dollarlaşmanın səviyyəsi tədricən azalacaq”. Bu barədə mətbuata açıqlamasında Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov deyib.

İqtisadçı-ekspert Qalib Toğrul Sputnik Azərbaycan-a deyir ki, Mərkəzi Bankın təmsilçisinin bu yanaşmasını düzgün hesab edir:

“Dollarlaşmanın səviyyəsi o zaman artır ki, manata olan güvən çox aşağı düşür və ona görə də əhali xarici valyutalarda, xüsusən də dollarda öz əmanətlərini və yaxud da vəsaitlərini saxlamağa üstünlük verirlər. Bir də o zaman baş verir ki, artıq manatla olan vəsaiti hansısa əmlaka yatırmaq, əmanət kimi banka qoymaq təhlükəli olur. Hazırda isə elə bir təhlükə gözlənilmir. Hazırda neftin qiyməti kifayət qədər yüksəkdir və düşmək ehtimalı gözlənilmir. Müsbət hal kimi onu da qeyd etmək olar ki, artıq banklar dollarla olan əmanətlərə çox aşağı faizlər, manatla olan əmanətlərə isə, təxminən 3 dəfə yüksək faizlər təklif edirlər. Bu da manata olan inamın möhkəmlənməsində mühüm rol oynayır”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …