Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / Ekspert: “Azərbaycandakı ticarət mərkəzi və bazarları sığortalamaq mümkün deyil”

Ekspert: “Azərbaycandakı ticarət mərkəzi və bazarları sığortalamaq mümkün deyil”

“Bu gün Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərini və bazarlarını sığortalamaq da mümkün deyil. Heç bir sığorta şirkəti o riskin altına girb məsuliyyəti öz üzərinə götürməz”.

Bunu Ölkə.Az-a açıqlamasında sığorta eksperti Xəyal Məmmədxanlı deyib.
 Onun sözlərinə görə, birincisi, ildə  ticarət mərkəzlərində bir neçə dəfə yanğın olur:
“Digər tərəfdən ticarət obyektlərində yanğın təhlükəsizliyi sıfır vəziyyətindədir. Yanğın təhlükəsizliyinə riayət olunmur”.
 O, əlavə edib ki, belə olan halda sığorta şirkəti xeyriyyə qurumu  deyil, kimsə  hansısa  bədbəxt hadisəyə görə ziyan çəkdiyi üçün ona kompensasiya versin: “Sığorta şirkətləri normal risk idarəetməsini həyata keçirirlər”.
Ekspert deyib ki, sığorta məsələsi ancaq vətəndaşın belə bədbəxt hadisələr baş verən zaman yadına düşür:
 “Vətəndaş başa düşməlidir ki, belə hallarda yeganə kompensasiya vasitəsi sığortadır. Ancaq kütləvi ticarət mərkəzlərinin sığortasını heç kim etməkdə maraqlı deyil. Çünki, o yerlərdə risk olduqca böyükdür, heç bir təhlükəsizlik qaydalarına əməl edilmir. Yəqin ki, binanın sığortası olub. Ən azından FHN bina tikiləndə icbari sığortanı tələb edir. Amma şübhə etmirəm ki, bina sahibləri də sadəcə formal olaraq şəhadətnamə alıblar. Kiçik məbləğə sığortalayıblar ki, kağızı FHN-ə göstərsinlər. Guya bina sığortalanıb. Vətəndaşların özlərinə gəldikdə isə 99 %-inmalları sığortasızdır”.O, bildirb ki, səbəb isə insanlarımızın səhlənkarlılğındadır: 
“Gedib qapılarını döyürsən ki, 50 manat ödə, 25 000 manata evini sığortala, birdən hadisə olar. Əksəriyyəti deyir ki,əşi Allah kərimdir, heç nə olmaz”.”Diqlas” T/M-əki yanğına gəldikdə isə ekspert deyib ki, burada başqa bir problem də orada satılan malların rəsmi uçotunun olmaması ilə bağlıdır: “Heç istəsən belə, onların mağazadakı mallarını sığortalamaq mümkün deyil. Ona görə ki, heç birinin rəsmi uçotu yoxdur. Rəsmi uçot olmadığından yanğın və ya başqa hadisə baş verəndə orada nə qədər malın olduğunu  müəyyən etmək mümkün deyil. Nə qədər mal olub. Və ən əsası qiyməti nə qədər olub”.Ekspert hesab edir ki, “Binə”, “Sədərək” və digər böyük ticarət mərkəzlərində də vəziyyət eyni ilə belədir: “Bu obyektlərdə heç bir texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl edilmir. İnsanlar ən kustar üsulla hazırlanmış sobalardan və texnikalardan istifadə edirlər. 
Heç bir əməkdaş adi yanğın təhlükəsizliyi təlimatını bilmir. O baxımdan ticarət obyektlərindəki problem ciddidir. Ona görə də insanlarımız məsuliyyət hiss edib, bu məsələlərə həssas yanaşmalıdır”.Ekspert bildirib ki, FHN bir az ciddi nəzarət edən kimi hamı şikayət edərək, onları çörək pulu qazanmağa imkan verməməkdə ittiham etməyə başlayır: “Ancaq sahibkar öz malına,  mülkünə məsuliyyət hiss etməlidir. Dövlət gəlib onların malını qorumalı deyil axı? Siz təsəvvür edin  “Sədərək” və “Binə ” ticarət mərkəzlərininin hərəsindi gün ərzində  200-300 min insan olur. Orada hansı təhlükəsizlikdən danışmaq olar. Bu yerlərdə hər şey taleyin ümidinə qalıb.  Halbuki insanların kütləvi toplandıqları yerlərdə çox ciddi nəzarət olmalıdır”.
O, qeyd edib ki, ona görə də obyektlərdə yanğın təhlükəsizliyi standartlarına riayət olunmalı, malların rəsmi uçotu aparılmalı, şəffaflıq təmin edilərək rəsmi fəaliyyət  həyata keçirməlidirlər. Sığorta şirkəti malları sığortalayanda gərək siz ona rəsmi siyahı təqdim edəsiniz ki, dükanda nə var və bunun maya dəyəri nə qədərdir.
Bunu çox az sahibkar təqdim edə bilər, qalanları çemadan ticarəti edirlər. Bu olmadığından belə hadisələr ortaya çıxanda ciddi problemlər yaşanır”.

Həmçinin oxuyun

Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? – VİDEO

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir. Dövlət …