Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ekoaksiyanın nəticələri: Separatçılar 150 milyon dollar itirib

Ekoaksiyanın nəticələri: Separatçılar 150 milyon dollar itirib

Laçın dəhlizində ekoaktivistlərin 85 gündür ki, davam edən aksiyası separatçılara ağır iqtisadi zərbələr vurub. Bu gün qondarma rejim maddi itkilərlə bağlı diqqət çəkən məlumat yayıb.Qeyd edilir ki, indiyə qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 144 nəfər müalicə almaq üçün Xankəndidən Ermənistana köçürülüb.

İqtisadi itkilərlə bağlı isə iddia olunur ki, qondarma rejimin 755 sahibkarlıq subyekti (17,7%) Ermənistana nəqliyyatın mümkün olmaması səbəbindən fəaliyyətini dayandırıb. Qalan sahibkarlıq subyektləri isə qismən və ya separatçıların dəstəyi ilə işləyir.

Çətin iqtisadi vəziyyətə görə ən azı 5700 nəfər işini və ya gəlir mənbələrini itirib.
85 gün yol əvvəlki qaydada fəaliyyət göstərsəymiş Xankəndiyə 33,2 min tondan çox ləvazimatlar gələcəkmiş. Bu müddət ərzində bölgəyə Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlıları tərəfindən yalnız 2,530 ton mal- əsasən ərzaq və dərman çatdırılıb.

Erməni mediası qondarma rejimə istinadən yazıb ki, 2 aydan artıq müddətdə separatçıların qurduqları “iqtisadiyyat”a təqribən 150 milyon dollar zərər dəyib.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …