Ana səhifə / İqtisadiyyat / Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,3 % artaraq 1 milyard 865,2 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 1 milyard 410,4 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 405,6 milyon manatı dövlət, 1 milyard 459,6 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İki ayda hər bir ölkə sakini orta hesabla 183,2 manatlıq və yaxud 1 il əvvələ nisbətən 12,9 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …