Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / e-sosial.az resursunda nə baş verir?

e-sosial.az resursunda nə baş verir?

Artıq indiki anda əhəmiyyətli resurs olan icaze.e-gov.az -da problemlər aradan qaldırılıb. Hazırda görünür ki, sistem normal çalışır.

Bununla belə hazırda ölkədə yaramış situasiyada daha bir ictimai əhəmiyyət kəsb edən resurs , e-sosial.az resursunda ciddi problemlər yaşanır.
Vətəndaşlar hökumətin məlum dəstəyindən istifadə etmək üçün resursda qeydiyyatdan keçə bilmirlər. Bəzi hallarda resurs ümumiyyətlə açılmır.
Güman ki sayt vətəndaşların çoxsaylı müraciətlərini qarşılamağa hazır deyilmiş və yüklənmə səbəbindən normal çalışa bilmir.
Vaxt az olduğundan ƏƏSM Nazirliyi ciddi tədbirlər görməlidir
ASAN -nın, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin , digər əlaqəli qurumların bu cür böhranlı anlarda aktiv işləyən İT mütəxəssislərinnin köməyindən istifadə etmək olar.
Yaxşı olardı ki hökumət, yaxud ASAN indiki zamanda böhranlı anlarda çevik işləyən , əlaqəli dövlət qurumların İT nümayəndələrindən ibarət İşçi Qrup yaratsın .
Əvvəllər gov sektorda problemli-böhranlı anlarda bir necə dəfə belə qruplar yaradılıb və yaxşı effekt verib.
Düşünürəm ki işsizlərə hökumətin müvafiq dəstəyi ilə bağlı e-xidmətdən istifadə üçün müvəqqəti olaraq qeydiyyat prosedurasını sadələşdirmək, müraciətləri müəyyən qrafik-parametrlər üzrə qəbul etmək də olardı.
ƏƏSM Nazirliyi, ASAN və digər qurumlar təcili birgə səylərlə resursun normal işini bərpa etməlidirlər.
Vətəndaşlardan da xahiş olunur ki , hələlik qeydiyyat üçün xeyli zaman qaldığından , qeydiyyat üçün bir qədər səbrli olsunlar.

Osman Gündüz

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …