Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / İqtisadiyyat / Düyü kəskin bahalaşacaq – XƏBƏRDARLIQ

Düyü kəskin bahalaşacaq – XƏBƏRDARLIQ

Düyü 30 faiz bahalaşa bilər.

Bu barədə “Kommersant” öz mənbəyinə istinadən yazıb. Belə ki, ötən il Fedorovski SES-də baş vermiş qəza nəticəsində Rusiyada düyünün qiyməti 10-30% arta bilər.

Nəşrin həmsöhbətinin sözlərinə görə, artıq istehsalçılar bu barədə pərakəndə satıcıları xəbərdar ediblər. Martın 27-dən qiymətlərin 8-19% artması gözlənilir.

Mənbələrdən biri vurğulayıb ki, düyüyə olan tələbatı nəzərə alaraq, market zəncirlər rəfdəki qiymət artımının qarşısını almaq üçün əllərindən gələni edirlər:

“İstehsalçılar həqiqətən də düyü qiymətlərinin 15-30% bahalaşacağı barədə xəbərdar ediblər. Bununla belə, şirkətlər bazarda vəziyyətin sabitləşəcəyinə ümid etdiyini bildirir.

Bildirək ki, Azərbaycana da Rusiaydan xüsusilə yumru düyü idxal edilir. Rusiyada bahalaşma Azərbaycan bazarından da yan keçməyəcək.”

Cebhe.info

Həmçinin oxuyun

İrandan Azərbaycana dəmir yolu ilə yükdaşımalar 81 % artıb

Son 2 ayda İrandan Azərbaycana dəmir yolu nəqliyyatı ilə 120,125 min ton yük daşınıb. “Report” “Mehr” …