Böyük hərbi büdcə ayıran Hindistanın bu xüsusi təyinatlı dəstəsi bir çox müasir və güclü silahlarla yanaşı AKMS kimi silahlardan da istifadə edir.
Təlim mərkəzlərində hərbiçilərlə yanaşı həkimlərin və psixoloqların da geniş istifadə olunduğu bu dəstənin əsas təyinatı ölkə xaricində xüsusi tapşırıqları yerinə yetirməkdir.
1972-ci ildə Avstriyadan keçərək İsrailə gedən Yəhudiləri Fələstinli militan dəstələrdən qorumaq üçün yaradılmışdır.
Sadəcə 200 əsgərdən ibarət bu dəstənin üzvlərinin kimliyi Fransa qanunlarına görə gizli saxlanılır. 1979-da Məkkədəki əməliyyat zamanı qeyri müsəlmanların Məkkəyə girişi qadağan olduğu üçün GIGN əsgərlərindən 3-ü müsəlmanlığı qəbul edib Məkkəyə girmişdir.
ALFA 1974-cü ildə КГБ tərəfindən təsis edilmişdir. Bu fakt özlüyündə xüsusi təyinatlıların hansı potensialda olduğunu göstərir.
Keçdikləri çətin və ağır təlimlə bu siyahıda özünə yer tapan Jw GROM ölkə büdcəsindən özünə ciddi bir büdcəni cəlb edə bilir. Namizədlərinin seçimi zamanı fiziki testlərdən əlavə psixoloji testlər də tətbiq edilir.
Almaniya federal polisinin xüsusi əməliyyat dəstəsidir. GSG 9 Münhen olimpiyadasında (1972) baş vermiş qətliamdan 2 ay sonra yaradılmışdır.
Əsas vəzifələrindən biri anti-terrorizm olan Delta Force xüsusi təyinatlı dəstəsindən Əfqanistan və İraq müharibələrində geniş şəkildə istifadə olunmuşdur.
SAS – Special Air Service 1941-ci ildə qurulmuşdur. İkinci dünya müharibəsi də daxil olmaqla bir çox müharibə də iştirak etmişdir. Emblemlərinin mənası isə belədir : “Qələbəyə kim cəsarət edə bilər”
Tərkibində 2169 əsgər olan bu xüsusi təyinatlı dəstənin rəsmi olmayan şüarı belədir: “the only easy day was tomorrow” (tək asan gün dünən idi). Bir Navy SEAL əsgərinin qiyməti ABŞ ordusu üçün 1.000.000$-dır. Dəstəyə qoşulmaq istəyənlər üçün keçirilən testlərdən iştirakçılardan 77% keçə bilmir. (kenquru.com)