Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Dünyanın ən xəsis milyarderi- Restorandan duz oğurlayır

Dünyanın ən xəsis milyarderi- Restorandan duz oğurlayır

Milyonçu və milyarderlərin fərqli xarakterlərə sahib olmaları hər kəsə məlumdur. Bəzilərinin fikrincə, onları milyardlara həmin özəlliklər çatdırıb, bəziləri isə o insanların zəngin sərvətə sahibləndikdən sonra bu cür dəyişdiyini qeyd edir.
Moderator.az xəbər verir ki, İKEA şirkətinin sahibi İngvar Kamprad 91 yaşında 39 milyard dollar sərvətə sahibdir. O, milyarderlər arasında ən xəsisi hesab edilir. Servisə ayrıca pul ödəməmək üçün heç vaxt nahar sifariş etmir. Özü iş yerindən və evdən müəyyən məsafədə olan kafeyə gedərək fast food tipli yemək yeyir. Ən maraqlısı budur ki, o həmin fast-fooda əlavə dad qatmaq üçün verilən birdəfəlik duz və istiot paketlərini də özü ilə aparır. Bəzən, öz şirkətinin kafesinə də düşür, həmçinin orada da ucuz yemək sifariş etməklə, sonda duz-istiotu da özü ilə aparır. Nə şəxsi təyyarəsi, vertolyotu, nə də bahalı maşınları var. Cəmi bir avtomobili var ki, o da 1993-cü ildən bu yana sürdüyü Volvodur.
Ən qəribəsi budur ki, o şirkətdə qənaət üçün printerdən çıxan kağızların hər iki üzündən yararlanmağı göstəriş verib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın