Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İqtisadiyyat / Dünyanın ən xəsis adamı: “Süd bahadır” deyib, infarktdan ölən milyarder qadın…

Dünyanın ən xəsis adamı: “Süd bahadır” deyib, infarktdan ölən milyarder qadın…

Xəsislik dünyanın heç bir yerində qəbul edilən bir şey deyil. Hələ ki, xeyli miqdarda pula sahib olan bir insanın xəsislik etməsi heç anlaşılan bir iş deyil. Sözsüz ki, hər birimizin həyatında xəsis olan insanlar var. Lakin sizə haqqında bəhs edəcəyimiz insan tarix boyu görülməyib.  

Musavat.com Qrin Qetti adlı qadın haqqında maraqlı faktları diqqətinizə çatdıracaq.

Qrin Qetti 1834-cü ildə anadan olub. Onun ailəs dindar və olduqca zəngin idi. Qrin Qetti hələ 6 yaşındaykən iqtisadiyyat ilə maraqlanmağa başlayıb. İlk bank hesabını açdıqda 8 yaşı var idi. Riyaziyyatda inanılmaz qabiliyyəti olan Qrin Qetti, o dövrdə iş dünyasının ən zəngin adamlarından olan Robinzon Qrinin qızı olaraq bilinirdi. Robinzon Qrin 31 yaşında vəfat edib. Qızına tam 7.5 milyard dollar sərvət miras qalır.

Dünyanın En Zengin Kadınlarından Biriydi, Cimriliğinden Öldü!

Qrin Qettinin sərgüzəştləri bundan sonra başlayır. Ona qalan mirası sürətli şəkidə artırmağa həvəslənir. O, ölkədəki iqtisadi böhrandan istifadə edərək əlindəki milyonları dövrəyə buraxıb pullarını iki qata çıxarır.

Dünyanın En Zengin Kadınlarından Biriydi, Cimriliğinden Öldü!

Daha sonra ölüm yatağında olan doğma bibisinin mirasına göz dikir. Yalqız yaşayan qadının pullarını ələ keçirmək istəyir. Yaşlı qadın bütün sərvətini xeyriyyə məqsədilə dövlət qurumlarına bağışlayır. Lakin o, sənədləri saxtalaşdıraraq öz doğma bibisinin də milyonlarını ələ keçirir. Bir müddət sonra o, Edvard adlı şəxslə ailə həyatı qurur. Hətta ailə qurarkən belə, nikah müqaviləsinə, həyat yoldaşı onun əmlaklarına iddialı olmayacaq deyə qeyd edir. İllər sonra ərinin yanlış yatırımları onları iflasa uğradır. Bu xətasına görə o, ərinə heç bir yardım etmir, hətta onu evdən qovur.

Dünyanın En Zengin Kadınlarından Biriydi, Cimriliğinden Öldü!

Əlindəki pulları xərcləyib həyatını yaşamaq əvəzinə, Qetti boşandıqdan sonra sərvətini daha da artırmağa başlayır. Milyardların sahibi olan qadının evində istilik sistemləri, soba və sair bu kimi lazımlı məişət əşyaları belə olmayıb. O, bunun üçün pul xərcləməyin lazımsız olduğunu deyib. Səhərlər də yeməkdə ən ucuz peçenyelərdən istifadə edirmiş. Milyarderin qarderobunda yalnız 3-4 paltar olub. O, geyimlərinin sadəcə yerlə sürünən hissələrini, yəni paltarlarının ətəyini yuyurdu. Beləcə onun hesablamalarına görə, yuyucu toza da qənaət etmiş olurdu.

Dünyanın En Zengin Kadınlarından Biriydi, Cimriliğinden Öldü!

Milyarder qadının bu cür xəsislikləri o dövrdə gizli qalmır. Ginnesin rekordklar kitabına “Dünyanın ən simic insanı” olaraq qeyd edilir. Bu qadın o qədər xəsis idi ki, səhər alıb oxuduğu qəzeti günorta oğlu ilə geri qaytarıb pulunu alırdı. Hətta bu xəsisliyi ucbatından doğmaca oğlu bir ayağını belə itirmişdi. 11 yaşlı oğlu dağda xizək sürərkən yıxılıb ayağını qırmışdı. Oğlunun qırılan ayağına müalicə üçün pul ödəmək istəməyən milyarder ana övladını kimsəsizlər üçün müailicə mərkəzinə aparır.

Dünyanın En Zengin Kadınlarından Biriydi, Cimriliğinden Öldü!

Mərkəzdə də səhv müalicə edilməsi nəticəsində oğlu ayağını itirir. Milyarder qadının öz ölümü belə, xəsislik ucbatından olub. Bir marketdə südün qiymətinin baha olduğunu deyərək satıcı ilə dalaşmağa başlayıb. Nəticədə ürək tutmasından halı pisləşib və dünyasını dəyişib. Beləcə milyardları üst-üstə yığıb tozlandıran 81 yaşlı qadının sərvəti ölümündən sonra övladlarına qalıb. Onlar isə analarından fərqli olaraq 4 milyard dolları xeyriyyə işlərinə xərcləyiblər.

Turan Oruc,
Musavat.com

Dünyanın En Zengin Kadınlarından Biriydi, Cimriliğinden Öldü!

Həmçinin oxuyun

Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb

Sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi, maliyyə-bank sektorunun canlanması, …

Bir cavab yazın