Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Dünyanın ən gözəl şəhərləri – ARAŞDIRMA

Dünyanın ən gözəl şəhərləri – ARAŞDIRMA

Dünyada nə qədər şəhər varsa onlar haqda fikirlər də müxtəlifdir. Dünya şəhərlərinin müxtəlifliyi onları seçən insanlarıda fikir müxtəifliyinə gəlib çıxarır. Kiməsə romantik şəhər olan Paris, kiməsə sürətli parlaq New York  xoşuna gəlir.  Biz indi dünyanın ən gözəl şəhərlərinn siyahısını tutmağa çalışdıq.
 Paris
 London
 Rio-de-Janeyro
 Berlin
 Praqa
 New-York
 Venesiya
 Barselona
Paris (Fransa)
Paris romantiklərin və sevənlərin paytaxtı, qeyri-adi avropa şəhəridir. Düşünürəm ki, hər bir kəs Yenisey meydanında gəzməyi, sakit bir kafedə isti kofe içməyi, Eyfel qülləsindən Parisi seyr etməyi istəyər. Bu şəhər ilin hər bir fəslində gözəldir.
London (Böyük Britanya)
London Avropanın ən qonaqpərvər şəhərlərindəndir. Onun dumanlı və yağmurlu havasına baxmayaraq turistlər bu şəhəri çox sevir.  Səyahətçilər bu şəhərdə hər bir şeyi tapa bilərlər. Mədəniyyət, moda, yeməklər, maraqlı əhvalatlar, dəbdəbəli gecə həyatı və əlbəttə ki yüksək səviyyəli qonaqpərvərlik bu şəhərə xas olan xüsusiyyətdir. Burada Tauerskiy körpüsü, Biq-Ben və ya Vestmin qəsri bu şəhəri daha da cəzibədar edir. Amma doğru desək Londona səyyahət çox bahalı zövqdür.
Rio-de-Janeyro (Brazilya)
Bu şəhərin gözəl adı tərcümədə “Yanvar çayı deməkdir”.  Rio-de-Janeyro Atlantik okeanın sahilində, dünyanın ən mənzərəli yerində yerləşir. Şəhərin rəngarəng təbiəti ona qeyri-adi mənzərələr, qızılı qum çimərlikləri bəxş edib. Bu şəhəri tanıdan əsasən Korkovado dağında ucalan 38metr hündürlükdə olan İsa peyğəmbərin heykəlidir.
Berlin (Almaniya)
Bu şəhərdə ilk baxışdan ikinci dünya müharibəsinin izlərini görmək olar. Şəhərin görüntüsü hər 10 ildən bir dəyişir. Bugün o, Avropanın ən dinamik və sürətlə inkişaf edən böyük meqapolislərindəndir. Çətin düşünmək olar ki, 20il əvvəl bu şəhər Berlin divarları söküldükdən sonra, böyük inşaat meydanını xatırladırdı. Belin gözəl olduğu qədər də tarixi şəhərdir. Burada Berlin kilsəsi, Brandenburq qapıları, Reyxstaq, Şarlottenburq qəsri şəhərin tarixini göstərir. Berlin həm də Avropanın yaşıl şəhərlərindən sayılır.
Praqa (Çexiya)
Praqa Avropanın ən gözəl şəhərlərindən biridir. Bu şəhər həm də min qüllələr şəhəri adlanır. Bu şəhərin gözəl arxitekturası, qəsirləri, qeyri-adi körpüləri ilə Avropanın digər şəhərlərindən fərqlənir. Praqanı tanıdan əsas xüsusiyyətlərindən biri də, dünyaca tanınmış Çex piyvəsidir. Praqa təkcə Çexiyanın paytaxtı deyil, həm də dünyanın ən gözəl şəhərlərindən biri sayılır.
 
New-York  (ABŞ)
Bu şəhərə əbəs yerə dünyanın mərkəzi adı verilməyib. New-York dünyanın ən müasir və güclü şəhərlərindən biridir. Şəhər azadlığın və geniş imkanların nümunəsidir.  Bu şəhəri müxtəlif  xalqların və mədəniyyətlərin mərkəzi hesab edirlər.
Venesiya (İtaliya)
Bu şəhər özünə məxsusluğu və gözəlliyi ilə fərqlənir. Venesiyanın 118 kiçik adalar üzərində yerləşməsi onu daha da cəlb edici göstərir. Əgər biz buna gəzinti qayıqlarını, çox saylı kanalları, təkrar olunmaz arxitekturası, gözəl Venesiya mətbəxini və qeyi-adi karnavalı əlavə etsək bu şəhəri görməyə dəyər. Onuda əlavə edək ki, bu şəhəri görmək üçün tələsmək lazımdır. Alimlərin hesablamalarına görə Venesiya 2028-ci ildə yaşamaq üçün təhlükəli olacaq, 2100-cü ildə isə tamamilə suyun altında qalacaqdır.
Barselona (İspanya)
Barselona haqda məqalələr əsasən belə başlayır. Barselona İspaniyanın Kataloniya vilayətinin paytaxtıdır.Bu şəhər paytaxt statusu almasına baxmayaraq böyük meqapolis hesab edilmir. Bu şəhərin öz ritmi və ab-havası var. Barselona çox maraqlı yerdir, burada hər kəs öz istədiyini tapa bilir. Dəniz və günəş, gözəl arxitektura, muzeylər, dadlı mətbəxt və maraqlı gecə həyatı – bütün bunları siz Barselonada görə bilərsiz.
Aygün Səfərli
Musavat.com








Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın